Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məmmədyarovdan müavinlərinə çağırış - Foto

Tarix: 26-12-2018 08:12     Baxış: 2225 A- / A+
Məmmədyarovdan müavinlərinə çağırış - Foto

Dekabrın 25-də Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Manevr.az-a verilən məlumata görə, iclasın əvvəlində iştirak etmiş XİN-in keçmiş nazir müavini, hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatının rəhbəri Xələf Xələfov çıxış edərək 27 il ərzində nazir müavini vəzifəsində ölkəmizin xarici siyasətinin həyata keçirilməsi sahəsindəki fəaliyyətindən bəhs edib.

Nazirliyin rəhbərliyi və kollektivi adından ölkəmizin xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfə üçün X. Xələfova minnətdarlıq bildirilib və ona gələcək fəaliyyətində uğurlar arzu edilib.

Sonra Xarici İşlər Nazirliyinin cari il ərzində həyata keçirdiyi fəaliyyətin yekunları, o cümlədən bölgədə və yaxın qonşuluqda mövcud olan təhdid və çağırışlar, habelə bu il paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının Nazirlər konfransı və ölkəmizin bu təşkilata qarşıdan gələn sədrliyi, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın razılaşdırılması, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyimiz və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İclasda, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyinin qeyd olunması ilə bağlı fikir mübadiləsi aparılıb və bu xüsusda tədbirlər planı nəzərdən keçirilib.

İclası yekunlaşdıran xarici işlər naziri Elmar Məmmədyarov nazir müavinlərini və idarə rəhbərlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə qarşıdan gələn il ərzində praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətinin irəliləməsi istiqamətində səylərin artırılmasına çağırıb.
Məmmədyarovdan müavinlərinə çağırış - Foto

Məmmədyarovdan müavinlərinə çağırış - Foto



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar