Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kitabxanada Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirir - FOTOLAR

Tarix: 04-12-2018 15:19     Baxış: 2428 A- / A+
 Kitabxanada Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirir - FOTOLAR


Manevr.az bildirir ki, Yasamal rayon MKS-i “Sehirli dünya” uşaq jurnalının redaksiyası ilə birgə ulu öndər Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirir

03 dekabr 2018-ci il tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş. Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 №-li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı inşa müsabiqəsinin keçirilməsi ilə əlaqədar 5-ci sinif şagirdləri ilə görüş keçirdi.

Tədbiri Ulu öndərimizin “Təhsil millətin gələcəyidir” sözləri ilə açaraq, İ. Hüseynova bildirdi ki, Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edilir, onun gördüyü işlər əbədi yaşayır, memarı olduğu müstəqil Azərbaycan Respublikası inkişaf edir.

38 №-li tam orta məktəbin kitabxana müdiri Səbinə Abbasova “Mən yer üzündə müəllim adından yüksək və şərəfli ad tanımıram” kəlamından sitat gətirərək şagirdlərə ulu öndər Heydər Əliyevin həyat yolu haqqında məlumat verdi.

Şagirdlərlə bu mövzuda diskussiya aparıldı, Ümummilli liderə həsr olunmuş inşa müsabiqəsinə start verildi. Sonra 5-ci sinif şagirdləri yuxarı sinif şagirdlərinin Heydər Əliyevə həsr etdiyi inşalarından ibarət stendlə tanış oldular.

İnşa müsabiqəsində “Kitabsevər uşaqlar” YouTube kanalının və Facebook səhifəsinin izləyiciləri iştirak edə bilərlər. Qaliblərə I, II və III dərəcəli diplomlar, maraqlı kitablar və CD disklər hədiyyə olunacaq.

İnşalar elektron və yaxud yazılı formada dekabrın 12-dək aşağıdakı ünvanlara təqdim edilə bilər: yasamal.mks@mail.ru, Yasamal rayonu, H.Zərdabi küç., 68. Mərkəzi Kitabxana

Tel: (012) 432-68-11

Müsabiqənin qalibləri dekabr ayının 17-də elan ediləcək.

 Kitabxanada Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirir - FOTOLAR
 Kitabxanada Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirir - FOTOLAR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar