Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən başqa variant qalmır” - Politoloq

Tarix: 14-01-2017 10:11     Baxış: 5502 A- / A+
"Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən başqa variant qalmır”


Rusiya məsuliyyəti tərəflərin üzərinə atır, ancaq Ermənistan tərəfi hər vəchlə siyasi təxribatlara hazırlaşır.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun qənaətinə görə, danışıqlar prosesinin dondurulmasında və münaqişənin həll edilməməsində Rusiyanın mövqeyi həlledici rol oynayır:

“Rusiya son zamanlar qəribə bir əda nümayiş etdirir. Ancaq böyük dövlətlər bölgədə müharibənin baş verməsini istəmirlər və onların bu istiqamətdə səylərini artırdığını görmək mümkündür. Çünki bütün tərəflər müharibə təhlükəsinin artdığını görürlər. Rusiya Ermənistanı istənilən vaxtı danışıqlara cəlb edə, yaxud da sülh prosesinə məcbur edə bilər. Moskva isə məsuliyyəti tərəflərin üzərinə atır, ancaq İrəvan hər vəchlə siyasi təxribatlara hazırlaşır. İş orasındadır ki, ATƏT-in də sülhyaratma prosesində səyləri zəifləyib. Görünür, Rusiyanın Avropa və ABŞ-a təzyiqləri, Qərbin və ABŞ-ın Suriya və Yaxın Şərqə yönəlməsi Cənubi Qafqaza olan diqqəti zəiflədir”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan ordusunun qüdrətini daha da artırmaqla məsələnin yüksək səviyyədə təmin olunmasına çalışır:

“Dağlıq Qarabağ məsələsi dondurularsa, Azərbaycan bunun beynəlxalq səviyyədə araşdırılmasına çalışacaq. Doğrudur, Azərbaycanla Rusiya arasında gizli diplomatik yolla danışıqların getdiyinə, Rusiyanın hər iki tərəfi sülhə məcbur etmək üçün xüsusi bir proqram hazırladığına dair fikirlər yayılır. Ancaq bunlar mətbuatda yazılanlardır, Rusiya rəsmiləri bu barədə susur. Əgər danışıqlar sistemi baş tutmasa, müharibədən başqa variant qalmır”. (axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar