Sizin Reklam Burada
Xəbər lenti
21 noyabr
20 noyabr
BÜTÜN XƏBƏRLƏR

"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub - FOTOLAR

Tarix: 04-04-2017 16:54     Baxış: 2958 A- / A+
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub


Sumqayıt Dövlət Dram Teatrında ötən ilki Aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid polkovnik-leytenant, kəşfiyyatçı komandir Raquf Orucovun döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə təşkil keçirilən tədbirdə Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, Qarabağ müharibəsi veteranları, hərbçilər, mərhum kəşfiyyatçının döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Aprel döyüşlərinə həsr olunmuş videosüjet nümayiş olunub.

Təqdimat mərasimində “Murov qartalı” kitabının müəllifləri Elşən Əliyev və Elxan Salahov çıxış edərək şəhid kəşfiyyatçının şərəfli döyüş yolundan bəhs edən kitabın ərsəyə gəlməsindən danışıblar. Bildirilib ki, nəşrdə şəhid polkovnik Raquf Orucovun döyüş yoldaşlarının xatirələri, mətbuatda onun haqqında dərc olunmuş oçerklər də yer alıb. Müəlliflər “Murov qartalı” kitabının nəşrinə göstərdiyi dəstəyə görə “Azİmport” MMC-nin rəhbərliyinə təşəkkür ediblər.

Milli Məclisin deputatı Tahir Mirkişili, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Raquf Orucovun komandiri olmuş general-mayor Fəxrəddin Cəbrayılov, igid kəşfiyyatçının döyüş yoldaşı, ehtiyatda olan kapitan Rasim Fərşidov çıxış edərək hərb tariximizə qəhrəmanlıq və igidlik nümunəsi kimi daxil olan Aprel döyüşlərində Milli Ordunun göstərdiyi rəşadətdən, həmin hadisələrdə zabit və əsgərlərin Vətən torpağı uğrundakı mərdlik və cəsurluq nümunəsindən danışıblar. Qeyd olunub ki, hələ sağlığında haqqında əfsanələr dolaşan, cəsur və qorxmaz zabit kimi ad-san qazanan Raquf Orucov kimi qəhrəman oğullar öz qanı ilə müqəddəs Vətən torpağını bizim üçün daha əziz və ülvi nemətə çeviriblər. “Murov qartalı” kitabı isə aprel şəhidləri haqqında yazılmış ilk irihəcmli nəşr kimi Raquf Orucovun döyüş yolu barədə oxucularda, xüsusilə də gənclərə tam və dolğun təəssürat yarada bilir.

Mərasimin sonunda Sumqayıt Dövlət Dram Teatrının aktyorları və gənc müğənnilərin ifasında vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri səsləndirilib.

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifasında bir neçə vətənpərvərlik mahnısı dinlənilib.

"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub
"Murov qartalı"nın Sumqayıtda təqdimatı olub








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar