Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Tarix: 18-04-2024 22:14     Baxış: 370 A- / A+
Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏRSumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt vəziyyətində olub, öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.

Bundan sonra prokurorluq tərəfindən Ə. Məmmədovanın əməli Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif edilib və barəsində ittiham aktı tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan bacısı işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmasını istəyib. Bildirilib ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə natamam və anlaşılmaz ittiham irəli sürülüb, tərtib edilmiş ittiham aktı Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olub.

Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib.
Proses aprelin 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. İmanov Ağahüseyn Hüseynağa oğluna həyata yoldaşı 34 yaşlı Məmmədova Əfsanə İlham qızı tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar