Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur" - Emin Əmrullayev

Tarix: 18-04-2024 16:13     Baxış: 357 A- / A+

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur.


Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb: "4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: "Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur"./report.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar