Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bədxassəli şişlərin əmələ gəlməsində trans yağların əsas amil olması təsdiqləndi

Tarix: 18-04-2024 12:07     Baxış: 365 A- / A+

Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir və bu, təsdiq olunub.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır:
"Sağlam qida istehsal olunsa da, o düzgün emal edilmirsə insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir. Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz".
Ə.Əmiraslanov əlavə edib ki, insan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır: "Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar