Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub

Tarix: 17-04-2024 17:13     Baxış: 467 A- / A+
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub. 
Kitabın elmi redaktoru və “Mənbəşünas hünəri” adlı ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Tərtib edəni Türkiyə Cümhuriyyəti Fırat Universitetinin əməkdaşı Növrəstə Rüstəmlidir. 672 səhifəlik kitab müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə nəşr edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab arxiv materialları, məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir. Toplu “Siyasətin siqləti və qüdrəti”, “Cümhuriyyət məfkurəsi”, “Elm məbədgahları”, “C.Cabbarlı irsindən araşdırmalar”, “Milli mətbuat tariximizdən”, “Milli ədəbiyyatımızın klassikləri”, “Ədəbi portretlər” başlıqlı yeddi bölümdən ibarətdir. 

Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
 İctimaiyyətlə əlaqələr şöbəsi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar