Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetində əlavə vakant yerlər açılacaq

Tarix: 16-04-2024 16:17     Baxış: 361 A- / A+


   
Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar.
Manevr.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universiteti ilə bağlı müxtəlif proqramların məzmunu, tədris planı hazırlanır:
“Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb, artıq qəbul planı tam hazırdır. Universitetdə 6 fakültədə 10-dan artıq ixtisas üzrə tədris aparılacaq. İnfrastruktur istiqamətində də işlər davam edir”.
Nazir Qarabağ Universitetində əlavə vakant yerlərin açılacağını da diqqətə çatdırıb:
“Həmin ərazilərə köçürüləcək insanlar üçün texniki vakant yerlər, bütün ölkə üçün isə akademik vakant yerlər açılacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 11-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərindəki ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar