Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs

Tarix: 15-04-2024 14:15     Baxış: 466 A- / A+




Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Eşqin Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən E.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə saxtakarlığında, külli miqdarda rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyev isə cinayət məsuliyyətindən azad edilib.
Keçmiş baş həkim məhkəmədə özünü təqsirli bildiyini deyib.
Qeyd edək ki, E.Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
İstintaqla Eşqin Əliyevin baş həkim və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, onun Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nın həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etdiyi bildirilib.
Xatırladaq ki, Eşqin Əliyev son üç ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. 2021-ci ilin yanvarında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. Onun xələfi Rasim Əzizov da təyinatından bir müddət sonra qalmaqallı şəkildə işdən çıxarılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar