Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: "Zərifə xanımın oftalmologiya üzrə milli kadrların hazırlanmasında xidmətləri danılmazdır"

Tarix: 15-04-2024 10:46     Baxış: 376 A- / A+
“Bu gün böyük alim, akademik Zərifə Əliyevanın dünyasını dəyişdiyi gündür. Ömrünü tibb elminə həsr etmiş Zərifə xanım, bu yolda böyük elmi və praktiki yol keçmiş, tətbiq etdiyi müalicə metodu ilə insanlara təkrar həyat nuru bəxş etmişdir”.
Manevr.az-ın məlumatına görə, Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva haqqında Ulu Öndərin dediyi fikirləri, məhrum akademikin həm bir insan, həm də alim, elm adamı kimi xarakterizə edilməsin üçün bir mayak sayıla bilər: “ Ulu Öndər bildirir ki, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar".
Millət vəkilinin sözlərinə görə Zərifə xanımın oğlu, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi ibrətamiz fikirlər də olduqca düşündürücüdür: “Cənab Prezident Zərifə xanımın son günləri haqqında bildirir ki, “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”. Həqiqətən də, Zərifə xanım, təkcə ailə üzvləri üçün deyil, onu tanıyan, onunla birlikdə çalışmış insanlar üçün də kamil insan nümunəsi olub”.
A.Məmmədov qeyd edib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərləri ilə özündən sonrakı dövrdə belə yeni mütəxəssis nəslinin yetişməsinə tarixi töhfə verib: “Zərifə xanım hər zaman bu sahədə milli kadr yetişdirilməsinin zəruriliyi haqda düşünüb və kardlatın hazırlanmasında, həkimlərin ixtisasının təkmilləşdirilməsində danılmaz xidmətlər göstərib. O, həm də sadə bir azərbaycanlı, fəal ictimaiyyətçi idi. Azərbaycanın mədəni, ictimai həyatında yaxından iştirak edərək başqa insanların da bu sahələrə maraq göstərməsini təşviq edirdi. Zərifə xanımın xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman əziz tutulur”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar