Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski və ailəsinin gəliri üç dəfə artıb

Tarix: 30-03-2024 09:32     Baxış: 389 A- / A+

Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü il üçün əmlak, gəlir və xərclər haqqında bəyannamə dərc edib.
Manevr.az bildirir ki, bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.
Bəyanata əsasən, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib. Bu vəsaitin 7 milyon 455 min 972 qrivnası (190 min ABŞ dollarından çox) daxili dövlət borc istiqrazlarının satışından əldə edilib.

Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Ümumilikdə bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.
Prezident aparatı ötən illə müqayisədə gəlirlərin artmasını kirayə haqqının bərpası ilə izah edib.
2021-ci ildə Zelenski ailəsinin ümumi gəlirini 10,824 milyon qrivna (demək olar ki, 276 min ABŞ dolları), 2022-ci ildə isə Ukrayna liderinin və ailəsinin gəliri təxminən üç dəfə azalaraq 3,692 milyon qrivna (94 min ABŞ dollarından çox) təşkil etmişdi.(report)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar