Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müharibə istəmirsinizsə, kəndləri Azərbaycana qaytarmalıyıq” – Paşinyan Tavuş sakinləri ilə görüşdü

Tarix: 18-03-2024 17:40     Baxış: 370 A- / A+


Erməni jurnalist Voskan Sarkisyan Ermənistan baş nazirinin Tavuş sakinləri ilə görüşünün təfərrüatlarını açıqlayıb.
Manevr.az xəbər verir ki, jurnalist görüşlə bağlı təassüratlarını bölüşüb:
“Əgər əvvəllər Nikol Paşinyan Voskeparda isti qarşılanırdısa, bu dəfə onu çox soyuq qarşçıladılar. Paşinyan zala daxil olanda zaldakıların yarısı yerlərindən qalxmağa belə lüzum görmədilər. Mədəniyyət Evində baş tutan görüşdə Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri iştirak edirdi. Görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan, həmçinin Voskevan, Voskepar və Bağanis icmalarının rəhbərləri də iştirak ediblər”.
Jurnalist bildirib ki, iclas iştirakçıları Nikol Paşinyanın sözlərindən hiddətləniblər:
“Paşinyan kənd sakinlərinə bildirib ki, əvvəllər azərbaycanlıların yaşadığı 4 kəndin əraziləri Azərbaycana verilməlidir, əks halda müharibə başlayacaq . “4 kəndin təslim olmasından sonra Azərbaycanın bir daha sərhəddə irəliləməyəcəyinə, müharibəyə başlamayacağına dair hər hansı təminat varmı?” sualına cavab olaraq Nikol Paşinyan heç bir təminatın olmadığını deməklə kifayətlənib”.
Paşinyan deyib ki, bu 4 kəndlə bağlı 3 variant var: “Kəmdləri təslim etmək, təslim olmamaq, ya da Azərbaycanla müharibə etmək. Sonuncu halda Türkiyə Azərbaycanın tərəfindən müharibəyə girəcək”.
Görüş iştirakçıları hesab edirlər ki, Nikol Paşinyan Türkiyənin adını çəkməklə Voskepar sakinlərini qorxutmağa və kəndlərin təslim edilməli olduğuna inandırmağa çalışıb. Voskepar sakinləri 4 kəndin Azərbaycana verilməsindən sonra Ermənistanla Gürcüstan, İcevan və Noyemberyan arasında nəqliyyatın hərəkətinin pozulacağından narahat olduqlarını, baş nazir isə dağlardan keçən Yenokavan-Cucevan yolunun çəkiləcəyini bildirib.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar