Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Anar Məmmədov: "Ağxalatlı qəhrəmanlar gününüz mübarək!"

Tarix: 17-06-2020 14:02     Baxış: 2386 A- / A+
Anar Məmmədov: "Ağxalatlı qəhrəmanlar gününüz mübarək!"


Başda Goranboy Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri olmaqla bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılması, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsi tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Son illərdə ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Təqdirəlayiq haldır ki, səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edib. Goranboy Rayon Mərkəzi Xəstəxanasının inşası da bu qəbildən olan tədbirlərdəndir. Bu cür müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Bu xəstəxanaların müasir, son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzindədir və sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatları uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.

Bu gün Goranboy Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi məqsədilə şərəflə öz vəzifə borclarını yerinə yetirirlər. Bu çox şərəfli və fədakar fəaliyyətlərində mən bütün Goranboy Rayon Mərkəzi Xəstəxanasının heyətinə möhkəm cansağlığı, uzun ömür arzulayır, bütün həkimlərimizə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Uca Tanrı Sizi qorusun !

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar