Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mer sakinlərə tətil günlərində evdə ölməyi qadağan edib

Tarix: 07-12-2019 21:40     Baxış: 3154 A- / A+
Mer sakinlərə tətil günlərində evdə ölməyi qadağan edib

Fransanın Loire bölgəsindəki Qrell şəhərinin meri İzabell Dujel, sakinlərə həftə sonları və tətil günlərində evdə ölmələrini qadağan edən sərəncam imzalayıb.

RİA “Novosti” xəbər verir ki, sərəncam cəmiyyətdə həkim çatışmazlığına diqqəti cəlb etmək üçün imzalanıb.

Dujel problemin həddindən artıq mütəxəssis çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, mövcud problem qısa müddət ərzində həll olunmalıdır.

“CNews” telekanalı qeyd edir ki, mer keçən bazar günü kommuna sakinlərindən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

Belə ki, ölümün səbəbini təyin etmək üçün müraciət edilən həkim növbədə olub, təcili yardım briqadası isə mütəxəssis çatışmazlığından əziyyət çəkən digər kommunaya aid olub. Axtarışlardan sonra lazım olan həkimi qonşu rayondan tapmaq mümkün olub.

Mer eyni vəziyyətin təkrarlanmaması və problemə diqqət çəkmək üçün müvafiq sərəncam qəbul edib.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar