Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazarbayevə verilən qızıl-briliyantlı ''Türk Dünyası Ali ordeni"nin müəllifi orden haqqında danışdı - VİDEO

Tarix: 16-10-2019 20:58     Baxış: 4201 A- / A+
Nazarbayevə verilən qızıl-briliyantlı ''Türk Dünyası Ali ordeni"nin müəllifi orden haqqında danışdı - VİDEO


Ötən gün Qazaxıstan Respublikasının birinci Prezidentinə təqdim olunan "Türk dünyasının Ali Ordeni"ni Azərbaycanlı tanınmış dizayner hazırlayıb.

Prezident İlham Əliyev tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim olunan "Türk dünyasının Ali Ordeni"ni dizayner Adəm Yunisov ərsəyə gətirib.

Manevr.az xəbər verir ki, Hazırda Türkiyədə yaşayan Adəm Yunisov ''xəzər xəbər''ə müsahibəsində bildirib ki,''Türk Dünyası Ali ordeni" 8 qat qızıl və brilyantlardan tərtib olunub. Bütünlükdə ağ və sarı qızıldan ibarət olan ordenin hazırlanmasında 6 ədəd 0.1 karat və 18 ədəd 0.015 karat olmaqla, cəmi 24 ədəd brilyantdan istifadə edilib. İri brilyant qaşlar ətrafında yerləşdirilən 18 ədəd kiçik brilyant qaş, türk dünyasının ətrafa saçdığı şəfəqlər kimi təsvir edilib.

Orden Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ətrafında böyük bir dairə şəklində birləşən, 6 türk dövlətini təmsil edən 6 güşəli ulduz formasında dizayn edilib. Hər bir dövləti təmsil edən ulduzun üzərindəki brilyant qaş, həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirir. Orden bütünlükdə iç-içə keçən 8 qat qızıldan ibarətdir. Üzərindəki 4 ədəd qızıl hissələr və digər qızıl bağlar olmaqla, ümumilikdə 400 qram qızıldan istifadə olunub.

Ordenin mərkəzi hissəsində yerləşən 6 güşəli ulduz türk dünyasının gücünü təmsil edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gerbi ordenin mərkəzi hissəsində əks olunub və bütünlükdə əl işi mina ilə boyanıb. Qeyd edək ki,Adəm Yunisov bundan başqa Baku 2015 l Avropa Oyunları və Türkiyə Cumhuriyyətinin 100 illiyi loqosunu da hazırlamışdı.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar