Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanı düşünən şair - Səməd Vurğun

Tarix: 20-06-2021 21:10     Baxış: 22 454 A- / A+
Dünyanı düşünən şair - Səməd Vurğun
Nigar Fərzəliyeva

"Hər bir xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini ədəbiyyatdan götürsən, qətiyyən yeri görünməz. Lakin elə tək-tük sənətkar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələr. Bizim müasir Azərbaycan ədəbiyyatı üçün Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı"-deyən Mehdi Hüseyn fikrimizcə, çox haqlı idi. Gəlin, obyektiv danışaq, Səməd Vurğunun dəqiq bilmədiyimiz şəxsiyyətini özümüzdə qaralayıb, onu alçaltmaq, pisləmək, haqqında yalan hökmlər vermək, sevgisizliyə məhkum etmək nə dərəcədə düzgün olar? Belə bir şey də deyək: Bir müəllim dərs dediyi uşaqlarına, tələbələrinə bir sənətkarı pisləyərək, onu zəif, xaraktersiz, yaradıcılığını heç sayaraq dramaturq, şair kimi təqdim edərsə, tələbənin, şagirdin şuüraltında o sənətkarı öldürmüş olmazmı? Bundan sonra o mənfi fikri müsbətə çevirmək olarmı? Bu qətiyyən mümkün olmayacaqdır. Hər bir müəllim sabah üçün, ədəbiyyat, mədəniyyət üçün fərd, ziyalı, şəxsiyyət yetişdirir. Nəsildən-nəsilə bu şüuraltı düşüncə ötrülür. Əgər Səməd Vurğunun şəxsiyyətini, yaradıcılığını, insanlığını dəqiq bilmək istəyiriksə, mütləq onun yaradıcılğına, gördüyü işlərə, yazdığı əsərlərə, qələminin mürəkkəbi ilə ölümsüzlük qazanan bədii irsini oxumalı, təhlil etməli, ədəbiyyatşünaşların, tənqidçilərin fikir və mülahizələrini araşdırıb, öyrənməliyik. ⠀ Bu günlərdə Səməd Vurğunla bağlı "Səməd Vurğun xatirələrdə" adlı bir qiymətli kitab oxudum. Kitabda əlli beş dəyərli insanın- alim, ədəbiyyatşünas, tənqidçi və başqalarının onunla bağlı dəyərli məlumatları, yazıları təqdim olunmuşdur. Əgər o, "alçaq" biri olsa idi, fərqli zamanda, fərqli yerlərdə, fərqli düşüncələrdə yaşayan bu əlli beş nəfərin hamısı onun haqqında bu qədər dəqiq faktlarla, sənədlərlə eyni zamanda hörmətlə xatirələr danışmazlardı. ⠀ Səməd Vurğun haqqında danışarkən, bir əsəri kifayət edər ki, onun yaradıcılığını, əsərlərinin fəlsəfi mahiyyəti və dərin məzmunu hiss edib, duymayasan:
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.


- kiçikdən böyüyə hər kəsin dillər əzbəri olan "Azərbaycan" şeirinə nəzər salsaq, bütöv "Azərbaycan"-nın xəritəsini - Şimallı Cənublu Azərbaycanın hər güşəsinin, hər gözəlliyinin ifadəsi ilə yanaşı, illərdən bəri vətənimizin başına gətirilən müsibətlərin, yağıların göz dikdiyi bir yurdun təsviri var. Azərbaycan şeiri daha çox yaşayacaq, çünki bu şeir yazıldığı gündən hər bir azərbaycanlının dilinin əzbəridir, onun duzuna və çörəyinə qarışıb, neçə nəsil gəlib keçir, amma "Azərbaycan" şeiri bizim həmişə mənəvi himnimizdir. Elə bir nümunə göstərin ki, bu şeiri əvəz edə bilsin. Əslində Cənub dərdimiz haqqında ilk dəfə yazan da Səməd Vurğun olmuşdur. "... parçalanmış ürəyimizi birləşdirmək üçün hər birimiz namusla, qeyrətlə çalışmalıyıq." -deyən şəxsiyyətdir o.⠀

Dünyanı düşünən şair - Səməd Vurğun


İlya Setvinski: “Vaqif" əsərinə faciəyə məxsus hər şey vardır: dövr, xarakterlər, kütlə, ehtiraslar, məhəbbət, nifrət, mübarizə və ölüm. “Vaqif"i oxuyarkən Şekspiri və Puşkini, daha doğrusu, Hamleti və Boris Qodunovu xatırlayırsan. Lakin pyesdə elə cəhət də var ki, o yalnız S.Vurğuna məxsusdur" görkəmli rus yazıçısının da dediyi kimi Səməd Vurğun qələminin bir başqa dadı, şirinliyi, sadəliyi, incə lirizmi vardır. Onun bütün əsərləri zamanın süzgəcindən keçərək bu günümüzə heç də asan gəlməmişdi. Bu gün bir çox "savadlılar" onu hər vəchlə yaltaq, qorxaq, zəif və s. adlandırmaqdan çəkinmir. "Vaqif" dramından danışsaq: İlk öncə gəlin, görək bu əsər 1795-97 -illərimi oxucusuna tanıdır? Baxaq, əsərin yazılma ilinə "1937"! "37"- o məlum "37" ədəbiyyatımızı, yazıçı və şairimizi silib, sovuran "37". Bu əsəri yazarkən yazıçıya bir çox təqiblər, qorxaqların "tənqidi" tuşlanır. Təsadüfü deyil ki, şair özü də qeyd edir: mən, bu əsəriminin üzərində 3 dəfə dəyişiklik etmişəm, hətta 1 gecədə onun sonunu belə dəyişdirmişəm. Gəlin, indi əsəri qısa analiz edək: Qacar obrazı sizcə, Stalinin obrazı deyildi? Yaltaq, xudbin vəzir Mircəfər Bağırov deyildi? Əsərdə qaniçən Qacar insan kəllələrindən təpə yığdırır. Stalində onun kimi minlərlə insanın ölümünə səbəb olmadımı?! Əsərdəki şair obrazları Vaqif, Vidadi xalqımızın qurban olmuş şair və yazıçılarını, Eldar, Kürd, Musa, Günlar, Tamara obrazları ilə günahsız insanların bədii obrazını oxucusuna çadırır. Bütün bu obrazlar bir mənbədən-xalqdan qüvvət alırdılar. Eyni ilə 37-dəki kimi bizim bizdən başqa köməyimiz yox idi. Elə 1795-də də, 37-də də....

Qacar - Bəs baş əymədiniz?
Vaqif – Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli...

Zənnimcə, S.Vurğun "əyilməz vicdanın böyük heykəli" deməklə, mərd, əyilməz, qorxmaz qələm dostlarına, igid eloğullarına işarə etmişdir. Səməd Vurğun özü haqqında yazılan tənqidi məqalələrə, yazılara, rəsmi məclislərdə deyilənlərə niyə münasibət bildirmirdi? Çünki onu sevən, onu mifləşdirən, ilahlaşdıran minlərlə, on minlərlə oxucusu- xalqı vardı. Arxasını dayadığı canından çox sevdiyi xalqı idi. Xalqı da onu daim sevir, qoruyurdu. Səmədin şablon təriflərə ehtiyacı yox idi. Vurğunun şöhrəti əlçaltmaz, yerə, göyə sığmayan bir ümman idi. Dərdi-qəmi sonsuz, sərhədsiz dünyalar qədər idi. Şair qəm yedi, qəm uddu, qəmlərə düçar oldu. Ürəyi yara bağladı, qəlbindən hüzn dolu qanlar axdı. Çox namərdlərin gülləsinə tuş gəldi. Bütün bunlar şairin ömrünü qısaltdı, əlli yaşında ikən səksən yaşlı qocaya döndü...⠀

Ulduzlar qan qusur, göylər sağırdır.
Bir anlıq zülmətdə sönür min çıraq.
Mən indi bildim ki, xeyli ağırdır,
Dünyanı düşünən bir şair olmaq!


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar