Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

İsrail Qəzzada Türkiyə hərbçilərinin iştirakına qarşı çıxdı

Tarix: 09-11-2025 21:22     Baxış: 319 A- / A+

İsrail Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyə hərbçilərinin iştirakına qarşı çıxıb.

Bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi Şoş Bedrosyan brifinqdə bildirib.

Ölkə rəsmisi deyib ki, Qəzzada yerləşdiriləcək beynəlxalq qüvvələrin tərkibində Türkiyə ordusunun iştirakı nəzərdə tutulmur:

“Keçmişdə, indi, gələcəkdə də Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Türkiyə hərbçiləri olmayacaq”.

Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair 20 bənddən ibarət əhatəli planını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar