Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Azərbaycan dili “sevgisi” - Daha bir məkrli hədəf

Tarix: 22-01-2022 13:48     Baxış: 3230 A- / A+


“Ermənicə-Azərbaycanca danışıq kitabçası” düşmən toplunun nəyinə gərək?

İrəvanda ilk dəfə “Ermənicə-Azərbaycanca danışıq kitabçası” nəşr olunub. Müəllifi qafqazşünas-politoloq Lusine Movsisyandır.  İrəvan Dövlət Universitetinin Tarix fakültəsində baş tutan təqdimat mərasimində çıxış edən müəllif qeyd edib ki, danışıq kitabçasının yaradılması ideyası çoxdan yaranıb, lakin bunu reallaşdırmaq ikinci Qarabağ müharibəsindən sonra mümkün olub:
“İndiki şəraitdə Azərbaycan dilində işləmək kifayət qədər çətin olsa da, sonda maneələri dəf etmək və danışıq kitabının nəşrinə başlamaq mümkün olub. Bütün materialları toplamaq və redaktə etmək təxminən bir il çəkib. Hazırda düşmənin dilini bilmək heç vaxt olmadığı qədər çox vacibdir. Ümid edirəm ki, kitabça həm tələbələr, həm də mütəxəssislər üçün faydalı olacaq”.
Tarix bunu dəfələrlə sübut edib ki, ermənilərin Azərbaycan dilinə marağının, “sevgi”sinin xüsusi səbəbi olub. Bu səbəblər əlbəttə ki, təxribatçı əməllərlə bağlıdır. 44 günlük Vətən müharibədə məğlub olduqdan sonra isə belə bir maraq daha da artıb. Ona görə də şübhələrin yaranması təbiidir. Bəs görəsən, ermənilər Azərbaycan dili mərkəzi açmaqla, Azərbaycan dilinin tədrisi üçün kitablar nəşr etməklə hazırda hansı məqsədlər güdürlər?
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ
Qafar Çaxmaqlı: “Onların təxribatçı hərəkətlərinin bir cavabı olmalıdır”
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda Azərbaycan və türk dillərini bilməklə bağlı problem yoxdur: “Uzun illər bu ölkədə sistemli şəkildə dillərimizi öyrənmək üçün fəaliyyətlər olub. Hazırda dövlət qurumlarında və araşdırma mərkəzlərində bu istiqamətdə işlər davam etdirilməkdədir. Ermənistan bu işə ”düşmənin dilini öyrənmək və mübarizə aparmaq" kimi baxıb və bu gün də həmin xətt davam etdirilir. Danışıq kitabının çap edilməsi də bu məqsədə xidmət edir. İdeoloji anlamda da münasibətin dəyişəcəyini düşünmürəm. Erməni cəmiyyəti şovinistləşmiş bir toplumdur. Hansısa barışıqdan söhbət gedə bilməz. Belə bir məcburiyyətdə qalsalar belə, ermənilərin təfəkkür tərzini dəyişmək çətin olacaq. Bunları nəzərə almalıyıq və ermənilərin belə siyasətinə adekvat addımlarla cavab verə bilərik. Təxribatçı hərəkətlərin bir cavabı olmalıdır. Bizdə ciddi və sistemli  şəkildə erməni dilini öyrənməklə bağlı, bir çox araşdırmalara yeni baxış müəyyənləşdirən mərkəzlər olmalıdır".
İsmayıl Tanrıverdi - Teleqraf.com
İsmayıl Tanrıverdi: “Ermənilər Azərbaycan dilini terrorçuluqda istifadə etmək üçün öyrənmək istəyirlər”
Bakı Dövlət Universitetinin Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi isə mövzuya şərh verərkən qeyd etdi ki, Lusine Movsisyanla görüşüb: “Lusine Movsisyanın azərbaycanca dərslik kitabı var. O kitabı əldə etmək üçün müəllifə yazmışdım, amma imtina cavabı aldım. Həmin kitabın PDF variantını tapdım, Azərbaycan dilində olan sözlərdə qüsurlar çoxdur. L.Movsisyan İrəvan Dövlət Universitetində Azərbaycan dilindən dərs deyir. Bizdə erməni dili 2012-ci ildən tədris olunursa, Ermənistanda bu proses çoxdan başlayıb. Ermənilər Azərbaycan dilini terrorçuluqda istifadə etmək üçün öyrənmək istəyirlər. Ermənilər arasında bizim dili mükəmməl bilənlər çoxdur. Tədris olunsa da, olunmasa da Ermənistanda dilimizə münasibət hər zaman yüksək səviyyədə olub. Özləri də etiraf edirlər ki, 100 il öncə ikinci ana dilləri türk dili olub. Xəyanətə görə Türkiyədən qovulduqdan sonra ikinci dil kimi rus və ingilis dillərini qəbul etdilər”.
Xatırladaq ki, İrəvan Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq üzrə təhsil proqramı 2018-ci ildə bağlanıb. Ötən il isə Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub. Keçmiş erməni millət vəkili Karo Karapetyanın adını daşıyan mərkəz Karapetyanın xanımı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb. İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar