Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Cənubi Koreyanın sabiq prezidenti KXDR-ə köməkdə ittiham olunur

Tarix: 10-11-2025 12:12     Baxış: 419 A- / A+


Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yol
Cənubi Koreya prokurorluğu ölkənin sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyətdən sui-istifadə və düşmən dövlət — Koreya Xalq Demokratik Respublikasına (KXDR) yardım etmək ittihamı irəli sürülüb.
Manevr.az xəbər verir ki, bu barədə Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
İstintaqın versiyasına görə, sabiq prezident 2024-cü ilin oktyabrında KXDR-in paytaxtı Pxenyana pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilməsi barədə göstəriş verib. Məqsəd Şimali Koreyanı hərbi əməliyyatlara təhrik etmək və bununla ölkədə fövqəladə vəziyyət — hərbi vəziyyət elan etmək üçün əsas yaratmaq olub.
Məlumata görə, göndərilən PUA Pxenyan yaxınlığında qəzaya uğrayıb və bu hadisə nəticəsində hərbi sirlər sızıb.
Eyni ittihamlar sabiq müdafiə naziri Kim Yon Xyenə və Silahlı Qüvvələrin Əks-kəşfiyyat Komandanlığının keçmiş rəhbəri Yo İn Xyenə qarşı da irəli sürülüb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında prezident Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmişdi. Bu qərarın məqsədi parlamentdə üstünlük təşkil edən müxalif qüvvələri, xüsusilə Demokrat Partiyasını zəiflətmək kimi qiymətləndirilmişdi.


İlqar
İlqar Xudiyev
Koreya

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar