Xəbər lenti
Zamanın amansız, bəlkə də planlı bəlası - Covid-19
Müayinə
20 oktyabr, 10:35, 2021. Xəstəxana. Zamanın amansız, bəlkə də planlı bəlası. Covid-19. Uzun sürən ev müalicələrindən sonra ağırlaşma və yenidən həkim müayinəsi.
-"Necə oldunuz,necə oldu ki dünən özünüzdə olmadınız?"
-"Bilmədik, doktor, anlamadım."
-"Yaxşı,müayinə edək. Saturasiyalarınıza baxım."
Əli həddindən çox soyuq olduğu üçün birinci dəfədən ölçmək alınmadı. Növbəti dəfə üçün gözlədik, o sırada anasında ölçmə getdi. Və aşağı faiz.. -"Həə, qaldırın təcili reanimasiyaya." Həmin an..
-"Doktor, mən yaxşı de.... Qaranlıq..Şərhsiz sükut,uzun sürən səssizlik..Sadəcə qulaqda çox incə siqnal səsinə bənzər səs. Başqa heçnə və heçkim. 1 gün əvvəlki oxşar hal. Həmin andakı bütün qaçaqaçlar,bütün şöbə heyətinin başqa xəstələri, prosesləri dayandırması, həyəcan, səs-küyün hər birindən xəbərsizlik. 1 saatdan artıq qayıdışın ola bilməməsi. Sadəcə sükut.. Anası barədə ən son eşitdiyi cümlə-"təcili qaldırın reanimasiyaya" idi. O ora, özü isə qaranlığa..Nəsə eşitmək istəyib, eşidə bilməmək, nəsə danışmaq istəyib, danışa bilməmək çox çətin olurmuş. Əslində iki gün ardıcıl o halın olması ilə ayılma arasında dağlar olmadı idi. Bioloji insan, hələki də cismani zərif biri buna tab gətirməməli idi. Hamının düşündüyü də budu. Lakin,son ana qədər həkimin dirənişi,bütün gücü və səyi..Bütün heyyətin həyəcanı..
-"Ayılacaq,ayılacaq. Tez olun oksigeni qoşun. Vena vurmalıyıq. Təzyiqi ölçün. "Və bu kimi xeyli cümlələr..O qədər həyəcan içində eyni zamanda ayılacağına inandırma asan deyildi. Dəqiqələr keçir...Hələ də qulaqda yalnız siqnal səsi. Hədsiz səylər.. Və son an,son anda nəfəsin, döyüntünün qayıtması..Göz qapaqları üstündəki ağırlıqdan gözlərini çətin aça bildi.Həmin vaxt-"Ayıldıı,hə,aç gözünü qızım,aç.Tut əlimi,mənə bax,nəfəs al.Mənə bax" və s.cümlələrini uzaqdan eşidirdi. Amma,qulağında elə hey son eşitdiyi cümlə-"təcili qaldırın reanimasiyaya" cümləsi səslənirdi. Huşu özünə qayıtdıqca, dili söz tutduqca anasını soruşmaq istəyirdi. Amma, hələki bacarmırdı və o cümlə gözündən damcılarla süzülürdü. Beləcə bacardığı yalnız həkimini də, tibb işçilərini də kövrəltmək olmuşdu. Həkiminin gözü ondaydı.
-"Yaxşısan, qızım, danış. De, özünü necə hiss edirsən? Narahat olma, mən yanındayam,səninləyəm. Qorxma, buraxmıram səni. Yazın təyinatını, palatayayerləşdirin. Anası ilə birgə yanımda qalacaq. Göndərməyəcəm onu. Darıxma, düzələcəksən. Ana da düzələcək. Bircə özünü sıxma. Burdayam." Nəhayət yavaş-yavaş qalxmağı bacardı. Anasını soruşdu, artıq reanimasiyaya yerləşdirildiyini, aparata qoşulduğunu öyrəndi. Güman etdi ki, onun nəfəs alması düzələndə özü də bu sükutdan ayılıb.
-"Palataya özün gedə biləcəksən ya xərək gətirsinlər? Tez xərək gətirin."
-"Gedəcəm,doktor,çox sağolun."
-"Yaxşı,səni yönləndirsinlər, mən də gəlirəm. Yaxşı,rahat palataya yerləşdirin."
Kolidor boyu ağıldan,b eyindən keçməyən fikir yox idi. Hər şeydən əlavə onun bir həyatı, gələcəyi var və orda da onu gözləyən var. Hər şey, hər şey gözünün önündən kino lenti kimi keçdi. Hislərsə ifadəsiz.. Hələ o qaranlıqdan sonrakı işıq..O sükuta gedəndə bir daha ayılma, işıq təsəvvür olunmurdu. Lakin, az-az açılan gözlərin yenidən görməsi, çox zəif də olsa qulaqların yenidən eşitməsi, yenidən nəfəs alması..Onda çox başqa, çox şərhsiz hislər qoydu. Eyni zamanda həkiminin ona verdiyi inam, güvən az da olsa rahatlamışdı. Nəhayət palataya çatdı. İlk dəfə idi bu cür mühitdə, neçəsə günlər qalacaqdı. Elə yeni çatmışdı ki, həkimi də gəldi. Həqiqətən yanında və diqqətində olduğunu bir daha bildirdi, hiss etdirdi. Bundan sonrakı günlərində yalnız ona etimad edə biləcəyini də anlatdı. İçində rahatlıq, inam yaranmışdı artıq. Günorta saatlarında otağına tam yerləşdi. Və qarşıda hələ tam bilinməyən günlər vardı. Nə qədər qalacaq,vəziyyəti necə olacaq, o hal bir də olacaqmı, anası necə olacaq və s.və ilaxır. Çoxsaylı suallar, fikirlər.. Bütün bunlara qarşılıq ani narahatlığında başında olan həkimi, tibb heyyəti vardı.
-"Ana yaxşıdı, narahat olma. Düşünmə artıq bir şey. Sən də yaxşı olacaqsan. Onu bil ki, doktorun yanındadı. Nə lazımdısa bildirmişəm. Ani narahatlığında özümə xəbər ver. Sənə lazım olan bütün dərmanların da yanındadı. Hər şeyin nəzarətdə olacaq. Yetər ki, yaxşı ol." Bu sözlər onu yenidən qaldırırdı, qorxularını aparırdı. Bir gün yenidən oxşar əlamətləri gördü. Həmin anda belə yenidən həkimiylə birbaşa əlaqə saxladı.
-"Doktor,qorxuram, yenə olar. Nə edim mən?"
-"Qorxma,olmayacaq. Təzyiqini ölçsünlər, gəlirəm." Və bir daha həqiqətən də olmadı. Bəlkə də olmamasında əsas nüanslardan idi-"qorxma, olmayacaq"cümləsi. Beləcə orda,sevdiklərindən uzaqda günlər keçdi. Hətta onu bütün şöbədə-"anası üçün narahat olan qız"kimi tanıyırdılar.(xəfif təbəssüm).Çünki,burdan öncə də ağır vəziyyətini görmüşdü.Bəlkə də onu yıxan əsas da bu idi.Stress,qorxu..
Nəysə ki, günlər keçdikcə bu vəziyyətin də sonuna gəldi. Bundan öncə də həyatını az qazanmamışdı.O ən son anlarda nəfəsinin geri döndüyü anları az olmamışdı. Ona görə də qayıdışı ən gözəl dərk edənlərdən idi bəlkə də.Həm bu qayıdışı həkiminin onun barəsində-"Onun qayıdışı mənim əl işimdir, bir rəssam ki necə rəsmini incəliklə işləyər, yaradar. Bax o mənim rəsmimdir"deməsində bir daha dərk eləmişdi. Çətin idi, amma, bacardı.O inam, güvən, rahatlıq sayəsində bacardı. Başının üstündəki əvəzsiz diqqət sayəsində bacardı. Günlər sonra daha yaxşı şəkildə ordan da ayrıldılar. Qənaətimdir ki, sərbəst alına bilən hər nəfəs bir nemətdir. Onun üçünsə sadəcə özünüdərk lazımdır. Və bir də hansı peşədə, sahədə olunursa olunsun, insanlığın, mənəviyyatın verdiyi yüksəkliyi heç nə verməz. Buna da şahid oldum...
Vəcihə Ağazadə
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar