Xəbər lenti
Namiq Hacıheydərli yazır: Xatirələrin “Dəmir cəngavəri”

Hüseynov Bəhruz Yavər oğlu...
O, mənim ən sevimli şagirdlərimdən biri idi. Böyük gələcəyinə, yurdumuzun sayılıb-seçilən insanlarından biri olacağına onun 1-ci sinfə qədəm qoyduğu günlərdən əmin olmuşdum. Həyata baxışı, davranışı, verdiyi suallar və ona ünvanlanan suallara verdiyi cavablar Bəhruzu başqalarından çox fərqləndirirdi. O, sanki bu həyatı bir dəfə yaşamış, sonra yenidən dünyaya gəlmişdi. Yaşından böyük idi. Yaşı 6-7 olsa da düşüncəsi böyük idi. Ətrafında baş verənləri analiz edə biləcək qədər böyük idi. Hələ 1-ci sinifdə oxuyanda onların sinfinə daxil olub, uşaqlara “Böyüyəndə kim olmaq istərdiniz”? - ənənəvi sualına onunla eyni partada əyləşən uşaq: “Mən həkim olacam, sonra da mersedes alacam”- cavabını vermişdi. Bu an 6 yaşlı Bəhruz ona iradını bildirdi: “Həm həkim olacam deyirsən, həm də mersedes alacam deyirsən. Həkim mersedesdə gəzmir e, “skoru”da gəzir”- cavabını vermişdi. Uşaqlara çox qaynayıb-qarışmazdı, fərqli dünyası vardı. “Evdə boş vaxtlarında nə ilə məşğul olursan”? – sualına: “Qardaşım Abbasla şahmat oynayıram” – cavabını verməsi də yadımdadı. Deməli, 1-ci sinfə gələnə qədər şahmat oynamağı da öyrənmişdi.



Uca Tanrı Bəhruzun timsalında yurdumuzun ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhunu şad eləsin!
Namiq Hacıheydərli
Şair-publisist
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar