Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyətləri ləğv olunur? - AÇIQLAMA

Tarix: 02-12-2021 21:30     Baxış: 3210 A- / A+


Son illərdə respublikanın bölgələrinin yeni idarəolunma sisteminə keçilməsi, xüsusən də rayonların inzibati ərazisinin ləğv edilərək quberniyaya və ya valiliyə çevrilməsi kimi məsələlər zaman-zaman müzakirə olunmaqdadır. Prezidentin Emin  Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsindən sonra bu məslə yenidən gündəmə gəlib.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı mövqeyini açıqlayan deputat Vüqar Bayramlının fikrincə, Azərbaycan Prezidentinin bu sərəncamı yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsidir: “Belə ki, iqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir. Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb. Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi. Bölgələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni struktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”- deputat qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, indiki məqamda bunu vaxtı çatmamış məsələ hesab edirəm. “Buna ancaq geniş müzakirələrdən sonra qərar vermək olar. Təbii ki, son qərar Prezidentindir”- o qeyd edib.
Komitə sədrinin fikrincə, Rayon İcra Hakimiyyəti  (RİH) normal idarəetmə formasıdır: “Amma bunu daha da təkmilləşdirmək olar. RİH-lərin səlahiyyətlərini tədricən azaldıb bələdiyyələrə verilə bilər. Bu məsələ də müzakirə predmetidir. Zaman-zaman bununla bağlı fikirlər səslənməkədir. Amma məncə indiki məqamda diqqəti bu məsələlərə deyil, Ermənistanla demarkasiya və delimitasiya, kommunikasiyaların açılmasına, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə yönəltməliyik. Digər tərəfdən isə dünyada qlobal maliyyə böhranın davam etdiyi,  koronavirus pandemiyasınının nə zaman bitəcəyi və özünü hansı formada göstərəcəyini  bilmədiyimiz bir zamanda  idarəetmədə struktur dəyişikliyini aparılmasını uyğun vaxt  hesab etmirəm.  Hesab edirəm ki, bu model ilk növbədə Qarabağ və Şərqi Zəngəzurda  qurula və  gələcəkdə bu praktika ölkənin digər əraziləri üzrə tətbiq oluna bilər”.
Deputat onu da bildirib ki, belə struktur islahatlarının aparılmasından daha çox elektron hökumətin sürətləndirilməsi daha effektiv ola bilər: “Biz ən ucqar  rayonlarını və dağ rayonlarını  keyfiyyətli internetlə təmin edib, onun qiymətini ucuzlaşdırmaqla daha effektiv idarəetməyə nail ola bilərik. Yəni vətəndaş elektron formada aidiyyatı qurumlara müraciət edib cavabını aldıqdan sonra  yerli icra strukturlarına ehtiyac qalmayacaq. Biz eyni zamanda gələcəkdə insanların  məşğulluq probleminin həllində dövlət  büdcəsindən maliyyələşən qurumları deyil,  özəl sektora diqqət yetirməliyik. Özəl sektoru inkişaf etdirməklə vətəndaşların elektron hökumətdən istifadə vərdişlərini artıqmaqla elektron və vizual sistemə keçməliyik. Çünki dünyanın  qabaqcılq təcrübəsi bunu diqtə edir. Son olaraq bir daha onu qeyd etmək istərdim ki, biz əsas diqqəti Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı həyata keçirməliyik ki, ermənilərin müharibə iştəhası qızışmasın. O ərazilərdə  məskunlaşma prosesi sürətlə həyata keçirilərsə, heç kim müharibə etməyə cəsarət etməyəcək. Bu mənada əsas prioritet bu olmalıdır.  RİH-lərin ləğv olunması isə sonrakı məsələdir”./ölkə.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar