Xəbər lenti
Bu yüzillikdə milyonlarla insan öz yaşayış yerini tərk edə bilər: Fəlakət qapını döyür
İqlim dəyişikliyi dövrümüzün ən ciddi böhranıdır və düşündüyümüzdən də daha sürətli baş verir. Buna baxmayaraq, bu qlobal təhlükə qarşısında tam gücsüz deyilik. BMT-nin Baş katib Antonio Quterreşin sentyabr ayında qeyd etdiyi kimi, "İqlim dəyişikliyi ilə əlaqədar baş verən fövqəladə hallar bizim çox şey itirəcəyimiz müharibədir, amma yenə də qalib olaraq çıxmaq ehtimalımız var"
Dünyanın heç bir nöqtəsi iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən sığortalanmayıb. Yüksələn temperatur ətraf mühitin pozulmasından, təbii fəlakətlərdən, ekstremal hava hadisələrindən, qida və su təhlükəsizliyindən, iqtisadi şoklardan, qarşıdurmalardan və terrorizmdən xəbər verən amildir. Dəniz səviyyəsi yüksəlir, Arktika buzlaqları əriyir, mərcan qayaları ölür, okean turşulaşması baş verir və meşə yanğınları tüğyan edir. Aydındır ki, yeni bir yanaşma lazımdır. İqlim dəyişikliyinin gətirdiyi zərərin nəticələri demək olar ki, geridönməz hala gəldiyindən, həlledici bəşəri fəaliyyət planını qəbul etməyin zamanı gəlib çatıb.
Son dörd il bütün meteoroloji müşahidələr dövrü üçün ən isti oldu. Dünya Meteorologiya Təşkilatının (WMO) 2019-cu ilin sentyabr hesabatına görə, hazırda temperatur, sənaye əvvəli olan temperaturdan ən az bir dərəcə Selsi yüksəkdir və bu səbəbdən elm adamlarına görə "qəbuledilməz risk" səviyyəsinə çatmışıq.
İqlim Dəyişikliyi üzrə 2015-ci il Paris Sazişi, qlobal orta temperatur artımlarını sənaye öncəsi səviyyələrdən 2 ° C-dən çox aşağı səviyyədə saxlamağı tələb edir. Lakin, 2100-cü ilə qədər temperatur sənaye öncəsi səviyyədən 3 ° C-ə yüksələ bilər ki, bu da ekosistemlərimizə əlavə düzəlməz zərər verəcək.
Qütb və dağlıq bölgələrdəki buzlaqlar, buz örtükləri artıq əvvəlkindən daha sürətli əriyir və bu da dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Beş milyondan çox əhalisi olan dünya şəhərlərinin təxminən üçdə ikisi dəniz səviyyəsinin yüksəlmə riski olan bölgələrdə yerləşir və dünya əhalisinin təxminən 40 faizi sahildən 100 km-dən az məsafədə yaşayır. Heç bir tədbir görülməzsə, Nyu -York, Şanxay, Abu Dabi, Osaka, Rio de Janeiro və bir çox başqa şəhərlərin bütün bölgələri bu əsrdə su altında qala bilər və bu da milyonlarla insanın didərgin düşməsinə səbəb olacaq.
Qlobal istiləşmə hər kəsin qida və su təhlükəsizliyinə təsir göstərəcək. İqlim dəyişikliyi, torpaqların məhsullarlqı keyfiyyətini öldürür. Bu gün təxminən 500 milyon insan torpaq erroziyasına meylli ərazilərdə yaşayır və qidanın 30 % -ə qədəri itirilir və ya israf olunur. Eyni zamanda, iqlim dəyişikliyi səbəbiylə içməli və kənd təsərrüfatı üçün istifadə olunan su təchizatının həcmində azalma və suyun keyfiyyətinin pisləşməsi müşahidə olunur.
Bir çox bölgələrdə, əsrlər boyu orada yetişən bitkilərin məhv olması ehtimalı var. Bu da ərzaq təhlükəsizliyi problemini aktuallaşdırır. Bu təsirlər ilk növbədə yoxsul və həssas insan təbəqələrinə təzyiq göstərəcək. Qlobal istiləşmə, ehtimal ki, dünyanın ən varlı və kasıb ölkələri arasındakı uçurumu da genişləndirəcək.
Ekstremal iqlim və hava hadisələri ilə əlaqədar fəlakətlər qədim zamanlardan bəri yer üzünü vurub. Ancaq qlobal istiləşmə davam etdikcə daha tez -tez və dağıdıcı hala gəlir. Heç bir qitə dünyanın hər tərəfini dağıdan istilərdən, quraqlıqlardan, tayfunlardan və qasırğalardan sığortalanmayıb. Hazırda təbii fəlakətlərin 90 faizi hava və iqlimlə əlaqəli olaraq təsnif edilir və onların dünya iqtisadiyyatına vurduğu ziyan ildə 520 milyard dollar olaraq qiymətləndirilir və 26 milyon insan yoxsulluq içində qalır.
İqlim dəyişikliyi beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradır. İqlim dəyişikliyinin təsirləri torpaq, qida və su kimi qaynaqlar uğrunda rəqabəti gücləndirir, sosial -iqtisadi gərginliyi artırır və getdikcə kütləvi köçkünlüyə səbəb olur.
İqlim dəyişikliyi riskləri artırır və artıq mövcud problemləri daha da ağırlaşdırır. Alimlər hesab edirlər ki, siyasi iğtişaşların və şiddətin birbaşa səbəbkarı Afrika və Latın Amerikasındakı quraqlıqlardır. Dünya Bankının hesablamalarına görə, heç bir tədbir görülməsə, 2050-ci ilə qədər Saxara səhrası və onun ətrafında Afrika, Latın Amerikası və Cənubi Asiyada 140 milyondan çox insan öz bölgələri daxilində köç etmək məcburiyyətində qalacaq.
Elmi araşdırmalar iqlim dəyişikliyinin təkzibedilməz olduğunu irəli sürsə də, sübutlar bu tendensiyanın hələ də geri çevrilə biləcəyini göstərir. Bunun üçün cəmiyyətin bütün sahələrində - qida bitkilərinin yetişdirilməsi, torpaqdan istifadə, malların nəqli və ölkələrimizdə enerji istehsal etmə üsullarımızda əsaslı dəyişikliklər tələb olunacaq.
Texnologiya iqlim dəyişikliyinə töhfə versə də, yeni və daha səmərəli texnologiyalar qlobal istilənmənin səviyyəsini azaltmağa və daha yaşıl bir planet yaratmağımıza kömək edə bilər. Bir çox yerdə bərpa olunan enerji mənbələri hazırda ən yaxşı və ucuz alternativdir və getdikcə ənənəvi enerji istehsalını sıxışdırmağa başlayacaq.
Yaşıl planet uğrunda başlayan və hər birimizin qoşulmalı olduğu mübarizə hamımızın daha təmiz və daha davamlı bir dünyada yaşamını təmin edəcək. Dünya dövlətləri, işgüzar çevrələr, vətəndaş cəmiyyəti və gənclər birlikdə çalışsalar, daha çox ədalətli bir cəmiyyət yarada, insanlarla təbiət arasında harmoniyanı bərpa edə, yaşıl planetin ömrünü uzada bilərlər.
Əks halda təbiətlə mübarizədə udsaq da, uduzsaq da bizi məhv gözləyir və zaman çox az qalıb.
Siyasətçilər çox şeyi bilir, lakin susurlar. İndi regional səviyyədə baş verən lokal müharibələr əslində dünyanın ən əvəzsis nemətləri olan su və torpaqların bölünməsi uğrunda aparılır.Bu yüzillikdə böyük köç başlayacaq. Amma hara? Bax əsl sual budur./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar