Xəbər lenti
Müstəqilliyin 30-cu ilində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra əsas problemlərdən və tarixi vəzifələrdən biri də iqtisadiyyatın regional inkişaf proqramlarının hazırlanması və regionların sosial-iqtisadi inkişafına nail olunması idi.
Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır.
1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Regionların sosial-iqtisadi inkişafında 2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə dövlət proqramlarının çox böyük önəmi olmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının 2004 – 2008–ci illərdə ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaq idi.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proq-ramı”nın (2004-2008-ci illər üzrə) müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində ölkədə makroiqtisadi göstəricilərin yüksək artımına nail olunmuş, proqramda nəzərdə tutulmuş və sosial-iqtisadi inkişaf sahəsində yüksək göstəricilərin əldə edilməsinə yönəlmiş bütün tədbirlər həyata keçirilmişdir ki, bu da ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi isə ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq idi.
2014-cü il fevralın 27-də dövlət başçısı İlham Əliyevin fərmanı ilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində ölkədə yeni mərhələnin davam etməsinə gətirib çıxardı.
2014-2018-ci illər Dövlət Proqramının Tədbirlər Planında 1127 tədbir nəzərdə tutulmuşdur. Bunun 43-ü ölkə əhəmiyyətli, 1084-ü isə iqtisadi rayonlar üzrə tədbirdir. İqtisadi rayonlar üzrə baxıldıqda isə Aranda 327 tədbir, Dağlıq Şirvanda 79 tədbir, Gəncə-Qazaxda 195 tədbir, Quba-Xaçmazda 94 tədbir, Lənkəranda 115 tədbir, Naxçıvanda 57 tədbir, Şəki-Zaqatalada 106 tədbir, Yuxarı Qarabağda 53 tədbir, Abşeronda 58 tədbir həyata keçirilmişdir.
Cənab prezidentin ölkəmizin regionlarına vaxtaşırı həyata keçirdiyi səfərləri regional inkişaf proqramlarının icrasına yerindəcə nəzarət etməklə, regionların yüksək inkişafına nail olunması, regionlarda yaşayan əhalimizin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində görülən işləri sürətləndirmişdir. Proqramların həyata keçirildiyi 2004-2018-ci illər ərzində cənab prezident İlham Əliyev 1820-dən çox obyektin açılış və təməlqoyma prosesində şəxsən iştirak etmişdir. Yeni açılmış müəssisələrin fəaliyyəti ilə maraqlanmış, sahibkarlarla və yerli ictimaiyyətlə görüşmüşdür.
Bu illər ərzində əhalinin gəlirlərinin yüksəldilməsi istiqamətində də işlər görülmüşdür. Reallaşdırılan tədbirlər nəticəsində orta aylıq əmək haqqı dəfələrlə artmış, yoxsulluq kəskin azalmış, əhalinin yaşam səviyyəsinin artması əldə olunmuşdur.
Həmçinin,reallaşdırılan tədbirlər nəticəsində 2 milyondan çox iş yeri yaradılmışdır. Respublikamızda 100 000-dən çox yeni müəssisə açılmışdır ki, bunun da 40%-ə yaxını regionlarda fəaliyyət göstərir. Həmçinin yeni açılan iş yerlərinin 70%-dən çoxu regionların payına düşür.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşuna dəstək verilməsi cənab prezidentin siyasət strategiyasının əsas xəttinə çevrilmişdir. Region inkişaf proqramlarının həyata keçirildiyi 2004-2018-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 240 milyard ABŞ dolları miqdarında sərmaye yatırılmışdır.
Dövlət Proqramının reallaşdırıldığı dövrdə sahibkarlığa dövlət investisiyasının vacib istiqamətlərindən biri də müəssisə rəhbərlərinə güzəştli kreditlərin verilməsi mexanizmi olmuşdur. Sahibkarlıq fəaliyyətinə təkan verilməsi və bu sahəyə dövlət qayğısının çoxaldılması məqsədilə 2014-2018-ci illər dövlət hesabına 1039,1 milyon manat, ümumilikdə 2004-2018-ci illər müddətində isə 2238,1 milyon manat kredit ayrılmışdır.
Sahibkarlıq fəaliyyətinin genişlənməsi və bölgələrin iqtisadi inkişafı, onun sosial təminatı, regionda yoxsulluq problemlərinin həlli, onun dünya inteqrasiya sisteminə daxil olması əlaqələrinin miqyaslı artımı və tarazlı inkişaf dinamikasından asılı olaraq dəyişir və inkişaf edir. Sahibkarlığın inkişafının regional problemləri, ayrı-ayrı ərazilərdə istehsal və xidmətin stimullaşdırılması, həmçinin dövlətin regional siyasətində əhalinin məşğulluğu və yoxsulluğun ləğvi dövlət proqramlarının tətbiqi ilə bağlıdır.
Dövlət Proqramının əsas prinsipi regionların dinamik inkişafına çatmaq, qeyri-neft sahəsini dirçəltməkdir. Sənaye istehsalının ölkə ərazisi üzrə yerləşdirilməsi prinsiplərinə uyğun olaraq son zamanlar ölkəmizin iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi nəticəsində müasir istehsal və emal müəssisələrinin yaradılmasına və mövcud olanların isə fəaliyyətinin bərpa edilməsinə, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsinə şərait yaradılmışdır.
Ölkənin əmək resurslarından istifadə olunması investisiya siyasətinin əsas məqsədlərindən biri olmalıdır. Ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafına investisiya qoyulmasına dair proqramların icrası və sahibkarlara verilmiş güzəştli kreditlər nəticəsində qeyri-dövlət sektorunun inkişafına güclü təkan verilmiş, regional sahibkarlıq inkişaf etdirilmiş, yeni hüquqi və fiziki şəxslər yaranmışdır. Dövlət Proqramlarının icra olunduğu bu illər müddətində (2004-2018-ci illər) Azərbaycanda kiçik və orta sahibkarlığa texniki kömək və insan amilinin inkişafı üçün əhalinin sahibkarlıq fəaliyyəti üçün lazımlı biliklərin əldə edilməsinə kömək göstərilmişdir. Kiçik və orta biznes üçün əsas peşələr üzrə kadr hazırlığının yaxşılaşdırılmış, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına çalışılmışdır.
Sahibkarlığın inkişafı və regionların iqtisadi inkişafı, onun sosial təminatı, regionda yoxsulluq problemlərinin həlli, onun dünya inteqrasiya sisteminə daxil olması əlaqələrinin miqyaslı artımı və tarazlı inkişaf dinamikasından asılı olaraq dəyişir və inkişaf edir. Sahibkarlığın inkişafının regional problemləri, daxili resursların kompleks iqtisadi dövriyyəyə cəlb edilməsi, ayrı-ayrı ərazilərlə istehsal və xidmətin stimullaşdırılması, həmçinin dövlətin regional siyasətində əhalinin məşğulluğu və yoxsulluğun ləğvi ilə kompleks proqramların tətbiqi ilə bağlıdır.
Ümumiyyətlə dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda iqtisadiyyatın müxtəlif sahələri üzrə yeni təmərküzləşmiş müəssisələr yaradılmış, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində əhəmiyyətli tədbirlər həyatə keçirilmişdir. Yeni iş yerlərinin daha çox regionlarda açılması ilk növbədə ölkə prezidenti cənab İlham Əliyevin regionların kompleks inkişafına xüsusi diqqət və qayğı göstərilməsi, bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, həmçinin Dövlət Proqramına uyğun olaraq regionların infrastruktur təminatının yaxşılaşdırılması və kommunal xidmətlərə olan tələbatın ödənilməsi sahəsində tədbirlərin ardıcıl olaraq icra edilməsi ilə bağlıdır.
Regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır. Dövlət Proqramlarının reallaşdığı 14 il müddətində kənd təsərrüfatına da xüsusi diqqət ayrılmışdır.
Bütün bunlardan əlavə ölkə ərazisində ən əsas məsələlərdən biri də ekoloji təhlükəsizliyin qorunub saxlanmasıdır. Ətraf mühitdən səmərəli istifadə, təbiətin mühafizə problemləri, ərazinin təbii tutumu ilə hesablaşmasını tələb edir.
Müəyyən dövr ərzində, xüsusən müstəqilliyin ilk illərində yanacaq çatışmamazlığı, soyuq qış aylarında meşələrə təsir artmış, şəhərlərdə, kəndlərdə, park və yol kənarlarında ağacların kütləvi qırılması baş vermişdir. Beləliklə, respublikaya və onun ekoloji vəziyyətinə ciddi ziyan dəymişdir. 2019-2023-cü illər Dövlət Proqramına bu məsələlər də daxil edilmişdir və həll olunması üçün bu illər ərzində müəyyən işlər aparılacaqdır.
2019-2023-cü illər- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
Dövlət Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabət qabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur. Nəticədə, təbii resurslardan mümkün qədər tam və səmərəli istifadə olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan 6 məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial
rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunması gözlənilir.
Azərbaycan Respublikasında regionların mövcud və gələcək inkişafı üçün dövlətin həyata keçirdiyi tədbirləri qənaətbəxş hesab etmək olar. Ölkə başçısı İlham Əliyevin regionlara səfəri və bölgələrdə mövcud problemlərə diqqətin artırılması nəticəsində regionlarda yeni istehsal sahələrinin, sosial və iqtisadi infrastrukturların inşası sürətlənmiş, qanunvericilik bazası gücləndirilmiş, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş layihələrin maddi təminatı artırılmış, tarif-qiymət siyasəti təkmilləşdirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti artırılmış, bankların regional filial şəbəkələri genişləndirilmiş, ölkə iqtisadiyyatında yüksək artım əldə olunmuşdur.
Günəş Hacıyeva, Fatimə Məmmədova
Maliyyə və mühasibat uçotu fakültəsi “Maliyyə ixtisası”
Qrup: 642, 632
Ədəbiyyat siyahısı :
1. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı.
2. Azərbaycan Respublikasının 2016-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası.
3. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı.
4. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi.
5.https://republic.preslib.az/az_c6.html
6.https://a-r.az/az/article/10838
7.file:///C:/Users/mekan/Downloads/DP-regionlar-2020-final.pd
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar