Xəbər lenti
"Azərsu"da 7,3 milyardlıq zərər necə yığılıb?-“Oqtay Əsədov da daxil olmaqla rəhbərlərin ucbatından...”
“Azərsu” ASC 2020-ci ili 323 milyon 222 min manat xalis zərər ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 270 milyon 323 min manat və ya 45,5% azdır. ASC 2019-cu ili 593 milyon 545 min manat xalis zərər ilə bağlamışdı. 2020-ci ilin sonunda 1 milyard manat cəmi aktivləri olan “Azərsu” ASC-nin yığılmış zərəri 7 milyard 303 milyon 456 min manata çatıb. “Azərsu” ASC-nin maliyyə nəticələrilə bağlı açıqlamasında bildirilir ki, hesabat ilinə Cəmiyyətin artan yekunla əks olunan yığılmış 7,3 milyard manatın 6,8 milyard manatı əsas fəaliyyəti nəticəsində deyil, maddi və qeyri-maddi aktivlərinin qiymətləndirilməsi və qiymətdəndüşməsi ilə əlaqədar yaranıb.
Həmçinin qeyd edilir ki, 2020-ci ildə satışdan gəlirlər 184,2 milyon manat təşkil edib və 2019-cu ilə nisbətən 8,8 milyon manat az olub. Gəlirlərin azalması əsasən koronavirus (COVID-2019) pandemiyası şəraitində qeyri-əhali qrupu kateqoriyasına aid olan bir sıra abonentlərin (təhsil ocaqları, ictimai iaşə, turizm və istirahət obyektləri, şadlıq sarayları və s.) fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədardır.
Bu gün kommunal sektorun ən mühüm qurumlarından olan "Azərsu"ASC-nin bu qədər ziyanla işləməsinin əsas səbəbi nədir və həmin ziyanı geri qaytara biləcəkmi?
Manevr.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Natiq Cəfərli cebhe.info-ya bildirib ki, təşkilat yaranan gündən aktivləri, passivləri, itkiləri, borclarını üst-üstə gəldikdən sonra belə böyük bir rəqəm alınıb:
"Təbii ki, bu zərərin geri qaytarılmasından söhbət belə getmir. Yəni onu geri qaytarmaq mümkün deyil. Sadəcə, müstəqillik illəri ərzində "Azərsu"nun bir neçə rəhbərləri olub ki, bu zərərin yığılmasında həmin rəhbərlərin də rolu var. Aralarında Oqtay Əsədov kimi eks-spiker də var. Təəssüf ki, bu zərərin yığılmasında onların rolu nədən ibarət olub, idarətemənin problemləri nədən ibarətdir, bununla bağlı ciddi bir audit yoxlaması, araşdırma olmayıb. "Azərsu"nun zərərlə işləməsinin səbəbi araşdırılmayıb. Çünki əsas səbəblər satınalma qiymətlərinin şişirdilməsi, bərbad idarəetmə, korrupsiya sxemləridir ki, bu günə qədər ciddi araşdırmalar aparılıb, kimlərinsə cəzalandırıldığını görməmişik. Nəticə etibarilə illərlə rəhbərlik dəyişsə də ziyanla, qeyri-rentabelli işləməsi, ümumiyyətlə, normal şirkət qaydalarına uyğun olaraq fəaliyyət göstərməməsi hər zaman üzə çıxıb. Əsas problem odur ki, bu günə qədər yığılmış zərərin mənbəyi, yığılma səbəbləri ilə bağlı ciddi bir araşdırma aparılıb, kimlərinsə cəzalandırıldığının şahidi olmamışıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar