Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspert Emin Əmrullayevi tənqid etdi

Tarix: 28-06-2021 11:52     Baxış: 4176 A- / A+
Ekspert Emin Əmrullayevi tənqid etdi

“Təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda saysız varlı adamlar olsa da, onların hər biri övladlarının təhsilinə imkanlarına uyğun pul xərcləmirlər. Nazirin çıxardığı nəticə üçün söykəndiyi arqumentlər çox ilgincdir. Nazir deyir ki, Bakının küçələrində dəyəri 20 min manatdan baha olan çoxlu sayda bahalı maşınlar var, amma özəl məktəblərdə cəmi 0.6% şagird təhsil alır. Fikrimcə, iki göstərici arasında bu əlaqəni qurmaq yanlışdır”.

Manevr.az xəbər verir ki, ekspert Rövşən Ağayev bu barədə şəxsi feysbuk hesabında yazıb.

Ekspert bildirib ki, 20 min manatdan baha dəyəri olan maşına sahib olmaq hələ övladını illik xərci 4-5 min manatla 20-30 min manat arasında dəyişən özəl orta məktəblərdə oxutmağa imkana sahib olmaq demək deyil: "Kimsə avtomobili kreditlə və ya yaxın adamlardan borc götürməklə də alıb, bəzən hətta işgüzar məqsədlər üçün istifadə edə bilər. Həmçinin varlı adamlar övladlarının adını formal olaraq ixtiyari bir dövlət təhsil müəssisəsinə yazdırmaqla ev şəratində bahalı fərdi hazırlığa üstünlük verirlər. Çünki bizim məktəblərin nə özəlinə, nə dövlətinə etimad göstərmirlər. Hətta daha zənginləri yuxarı sinif şagirdi olan övladlarını xarici ölkələrdə oxudurlar. Müsahibədə mənə manipulyativ təsir bağışlayan 2-ci məqam 5 yaşlı uşaqların məktəbəqədər hazırlığının birdən-birə 90%-ə çatdırlması ilə bağlı faktdır. Beş yaşını tamam etmiş, bir neçə ay sonra 1-ci sinfə qəbul olacaq uşaqların məktəbəqədər hazırlığı ən yaxşı halda orta təhsili 5 yaşda başladıb 12 illik orta təhsilə keçid etməkdən başqa nəsə deyil. Çünki məktəbəqədər hazırlığın məqsədi və verəcəyi fayda heç də nazirin müsahibəsində deyilən kimi uşaqların daha 1 il tez hərf öyrənməsində deyil. Üç yaşından başladılmalı olan məktəbəqədər təhsil uşaqlara düşünmək və özünüifadə etmək bacarıqları formalaşdırmaq, müxtəlif proqramlar vasitəsilə 3-6 yaşlı uşaqların fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, fərqli sosial-demoqrafik qrupa məxsus ailələrdən gələn uşaqların yetənəkləri arasında fərqləri aradan qaldırmaq, onların sosiallaşma və ünsiyyət bacarıqlarını gücləndirərək daha yetkin vəziyyətdə orta təhsilə hazırlamaq məqsədi güdür”.

Rövşən Ağayev təhsil nazirinin toxunduğu digər məqamlardan da söz açıb: “Nəhayət, nazir lisey və gimnaziyalar kimi elitar müəssisələrin sayının artmasında əsas hədəflərdən biri kimi öygü ilə danışır. Amma mən ondan gözləyərdim ki, təhsildə məhz bu tip elitar məktəblərin yaratdığı fərqlərdən, həmin fərqləri aradan qaldırmaq üçün hökumətin hansı strategiyaları izləməli olduğu barədə danışsın. Məsələn, Azərbaycanda orta təhsilin keyfiyyəti və təhsilə əlçatanlıq baxımından çox ciddi bölgəsəl, coğrafi fərqlər var. Yeni nazirin ən uğurlu işi bu fərqləri ortaya qoyan samballı bir hesabatla cəmiyyətin qarşısına çıxıb bu köklü problemin həllinə yönəlik strateji baxışını ortaya qoyardı. Müsahibədə görmək istədiyim daha vacib məsələ təhsil menecmentinə baxış idi. Xüsusilə orta məktəblərin idarə olunması, fəaliyyətində şəffaflıq və icma qarşısında hesabatlılıq, onların fəaliyyətinin nəticələrinə görə differensial stimullaşdırma-cəza sistemlərinin olub-olmayacağı ilə bağlı düşüncələri nədən ibarətdir. Nazirliyin nəticəəsaslı büdcə üçün təqdim etdiyi strateji hədəflər da ayrıca maraqlı və müzakirə açılası mövzudur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar