Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Tik-Tok”un yayımı məhdudlaşdırılmalıdır, qanun imkan verir... – Osman Gündüz

Tarix: 21-06-2021 20:22     Baxış: 4170 A- / A+
“Tik-Tok”un yayımı məhdudlaşdırılmalıdır, qanun imkan verir... – Osman Gündüz

Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsi birmənalı şəkildə ciddi platforma hesab edilmir. Zamanla ölkəmizdə bu platformanın hətta bloklanması da gündəmə gəlmişdi. Ancaq bəzi internet-media ekspertləri arasında fikir ayrılığı var.

Qeyd edək ki, son günlər dünyaca məşhur aktyor Van Dammın oğlunun azərbaycanlı xanımla ailə həyatı qurması medianın gündəmini kifayət qədər məşğul edib. Cütlüyün “Tik-Tok”da tanış olduğu deyilir.

Bəzi ekspertlər bildirir ki, hansı ölkədə qeydiyyatdan keçməyindən asılı olaraq “Tik-Tok” platformasının əhəmiyyəti dəyişilir. Başqa sözlə, Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsindən qeydiyyatdan keçən xanımın Van Dammın oğlu ilə qarşılaşması mümkün deyil. Nəyi axtarırsansa, “Tik-Tok” alqoritmi buna uyğun məç edir. Bu baxımdan olduğunuz ölkədən, eyni zamanda nəyi axtarmağınızdan asılı olaraq bu platformanın funksiyası dəyişilir.

Bəzi ekspertlər də bu platformanın ictimai gündəmin formalaşmasında xüsusi rol oynamadığı qənətindədir. Bu ekspertlərə görə, uşaqların təhlükəsizliyi baxımından zərərli olan bu platforma məhddulaşdırılmalıdır.

Manevr.az-ınməlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz teleqraf.com-a bildirib ki, “Tik-Tok” son dövrlərdə ən çox məşhurlaşan sosial media platformalarından biridir:

“Bu sosial şəbəkə xüsusən uşaqlar və gənclər arasında daha çox populyardır. Digər sosial media resurslarına nisbətən “Tik-Tok” daha tez populyarlaşan resurs kimi dünyada tanınıb. Tutaq ki, “Facebook”, “YouTube”, “İnstagram” və digər sosial media resursları indiki auditoriyasına uzun illər ərzində çatıbsa, “Tik-Tok” buna çox qısa bir müddətdə nail olub.

Bununla bağlı müəyyən narahatlıqlar var. “Tik-Tok”da Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanunvericiliyə zidd xeyli sayda məlumatlar tapmaq olar. Qanun pozuntusu digər sosial şəbəkələrdə bu dərəcədə güclü deyil. İndi də bu fikirdəyəm ki, ölkəmizdə uşaqlar üçün “Tik-Tok” məhdudlaşdırlmalıdır. Əslində, qanun da bunu tələb edir. Hesab edirəm ki, “Tik-Tok”a hökumət tərəfindən rəsmi münasibət sərgilənməlidir. Uşaqların bu platformadan istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərin qoyulması doğru olardı”.

Ekspert deyir ki, “Tik-Tok” internet üzərində mal-məhsul və digər xidmətlər təklif edən müəyyən biznes qurumlar üçün əhəmiyyətli ola bilər: “Düşünürəm ki, biznes baxımdan bu platformanı daha çevik və əhəmiyyətli istifadə etmək olar.

Bu gün Avropa çempionatında əsas sponsorlardan biri “Tik-Tok”dur, bu, mənim üçün də gözlənilməz idi. Bu onu göstərir ki, “Tik-Tok” dünyada oturuşmuş bir şirkət kimi qəbul olunur. Amma bir sıra ölkələrin məlum platformaya qarşı çıxışları göstərir ki, burada xüsusən də uşaqlar və yeniyetmələr üçün müəyyən problemlər var”.

Osman Gündüzün qənaətincə, Azərbaycanda “Tik-Tok”un məhdudlaşdırılmasını “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun tələb edir: “Hesab edirəm ki, hökumət bunun üzərində iş aparmalıdır. Provayderlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və digər qurumlar birləşərək bununla bağlı müəyyən tədbirlər görməlidir. Ölkə daxilində məktəblərə ötürülən internet bir nöqtədən verilir və süzgəcdən keçirilir. Yəni birmənalı olaraq məktəblərdə internet olsa da, “Tik-Tok” açılmır.

Amma evlərdə bu mümkün deyil, internet qurğularda problem var. Yaxşı olardı ki, valideynlər arasında maarifləndirmə işlər aparılsın, rəqəmsal savadlılığı artırılsın. Valideynlər provayderlərdən “halal”, yəni süzgəcdən keçirilən internet istəyə bilər. Telekommunikasiya haqqında qanuna əsasən, valideynin belə haqqı var. Yəni valideyn provayderə müraciət edib, uşağının təhlükəsizliyini qorumaq üçün evinə “halal” internetin verilməsini tələb edə bilər”.

“Tik-Tok”u birmənalı olaraq zərərli platforma saymaq olarmı?

Osman Gündüz deyir ki, hər bir platformanın bəlli əhəmiyyəti var: “Məsələn, Azərbaycanda “Facebook”un ictimai əhəmiyyəti daha böyükdür. Bu platformada ictimai müzakirələr, diskussiyalar gedir, ictimai nəzarət funksiyası həyata keçirilir. “YouTube”nin əhəmiyyəti tam başqa yöndədir. Vətəndaşlar video formada olan informasiyaları daha effektiv qəbul edə bilir.

Ola bilsin ki, “Tik-Tok”un uşaq və yeniyetmələr arasında populyarlığı müəyyən biznes dairələrinə faydalı xidmətləri çatdırmaqda kömək edir. Bu da normaldır. Bu platformaya birmənalı zərərli demək olmaz. Belə demək doğrudur ki, “Tik-Tok”da uşaqlar üçün zərərli ola biləcək informasiyaların xüsusi çəkisi hədsiz çoxdur.

Amma o demək deyil ki, bu platformanın üzərinə xətt çəkilə bilər. İstifadəçi özünün hansısa faydalı məhsulunu sata bilər və yaxud bir anda bu şəbəkədə məşhurlaşa bilər. Bunu heç kim onun əlindən ala bilməz. Yeganə məqam ondan ibarətdir ki, azyaşlıları qoruya bilək, çünki bu şəbəkədə uşaqlar üçün təhlükə mövcuddur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar