Xəbər lenti
Borclu icra başçısı ilə icra məmuru bir atanın oğullarıdır
Məhkəmə qərarlarının icra olunmamasının şok səbəbi
Nizami RİH başçısı Arif Qasımov sözügedən rayonun bələdiyyə başçısı görəvində olanda Qarabağ qazisinə Xətai rayon məhkəməsinin 26.05.2009-cu il tarixli 2 (011)-451/2009 saylı qətnamə ilə verilən otaqları səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirib.
“Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, sahibkarlıqla məşğul olmaq üçün otaqlar ayırmağa borclu olan Nizami RİH -ə yaşayış yeri üzrə müraciət edən 1-ci dərəcəli Qarabağ əlilinə Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) üz tutmaq məsləhət görülüb. ƏMDK da balanssaxlayıcı RİH-in razılıq məktubunu tələb edib. İki dövlət qurumu arasında “ötür-ötür”ə uğrayan Qarabağ qazisi öncə Nizami rayon məhkəməsində Nizami RİH-ə qarşı ərizəsi “üzüqara” geri qayıdanda isə Xətai rayon məhkəməsində ƏMDK-ya qarşı “ 17 ildir icra olunmayan qanunun 30-cu maddəsinin icra edilərək sahibkarlıq məqsədilə otaqlar ayrılması” tələbi ilə iddia qaldırıb və Bəhruz Nuriyev-10a-dakı əvvəllər 25 saylı Dairə Seçki Komissiyasının yerləşdiyi otaqların istifadəsinə verilməsini xahiş edib. Xətai məhkəməsi (hakim Toğrul Əliyev) otaqların yerləşdiyi ərazi üzrə 2-ci cavabdeh kimi Nizami MKTB-ni cəlb edərək, 26.05.2009-cu il tarixli 2 (011 )-451/2009 tarixli qətnamə ilə otaqların ayrılmasını “JEK”-in (?), icarə müqaviləsinin bağlanmasını ƏMDK-nın üzərinə qoyub. “JEK”-in əmlak ayırmağa heç bir səlahiyyətinin olmamasına baxmayaraq məhkəmə tərəfindən cavabdeh və sonra borclu edilməsi, heç demə, məqsədli şəkildə, əsas cavabdeh ƏMDK-nın sifarişi ilə edilibmiş. Sərəncam vermək hüququ olmayan “JEK” necə məhkəmə qərarını icra edib, hansısa əmlaka dair sərəncam verə bilər? Məhkəmə qətnaməsinin icrasını tələb edən tələbkar Qarabağ qazisinin ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlərinə cavab olaraq, Nizami icra şöbəsi icra sənədini icra etmədən 3 il sonra 2012-ci ildə geri qaytarıb ki, tələbkar hərəkətsizliyi ilə icraya mane olur. 12 ildir tələbkarın icraya maneçiliyinin nədə özünü göstərməsi açıqlanmır. Bəlkə borclu ƏMDK-nın sədr müavini Rafiq Cəlilovun 17.03.2011-ci tarixli məhkəməyə hörmətsizlik edən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli 2 (011)-451/2009 nömrəli qətnaməsinin icra edilməsi vəzifəsinin Nizami MKTB-nin üzərinə qoyulması barədə məktubuna cavab olaraq yenidən icraya mane olan borclular ƏMDK, Nizami RİH, Xətai və Nizami icra şöbələrinə, həmin ünvanda yerləşən “Kapitalbank”ın Nizami filialına qarşı iddia qaldırmaq icraya mane olmaq sayılır? Bəlkə ədalətli məhkəmə araşdırılması, mülkiyyət hüququnun pozulmasına görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək tələbkarın icraya maneçiliyi kimi qəbul edilir? ! Bəlkə ikinci dəfə 21.06.2011-ci il tarixli 2 (011)-855/2011 saylı Xətai məhkəməsinin (hakim İlqar Əliyev) icranın B. Nuriyev-10a ünvanındakı boş otaqlara yönəldilməsi haqqında qətnaməsinin və onun əsasında verilən 22.07.2011 tarixli icra sənədinin borclular tərəfindən 10 ildir gizlədilməsi - tələbkarın icraya mane olmasıdır? ! Bəlkə borcluların məhkəmə qərarından 2 il sonra otaqları rayon sakini olmayan 14 yaşlı uşağın adına qeydiyyata almaları tələbkarın icraya mane olması sayılır?
12 ildir məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi otaqların qapısında Nizami RİH-in sürücü-maklerinin 0556792020 nömrəsi ilə icarəyə verilməsi barədə elan asılıb. Elə bu elan otaqların borclu Nizami RİH və ƏMDK tərəfindən digər borclular Xətai və Nizami icra şöbələrini “zərərsizləşdirməklə” ələ keçirmələrini ortaya qoyur. Özü də, Xətai icra və probasiya şöbəsini “ram etmək” , “zərərsizləşdirmək” Nizami RİH-ə “dövlət hesabına” başa gəlib. Sən demə, keçmiş başçı Arif Qasımovla Xətai icra və probasiya şöbəsinin hazırkı rəisi Vüqar Qasımov doğmaca qardaşdırlar. Borclu icra başçısı ilə məhkəmə qərarını icra etməyə borclu olan icra məmuru qardaş oldusa, korrupsiya icra olunar, məhkəmə qərarı yox.
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar