Xəbər lenti
Bu şəxslərin efirdə danışması ayıbdır – Kamal Abdulla
Ölkə başçısı öz fəaliyyətinin böyük hissəsini Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin qorunması və yayılmasına sərf edir.
Manevr.az xəbər verir ki, bu sözləri bu sözləri Azərbaycan Dillər Universitetində Universitetin Filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda keçirilən dəyirmi masada çıxışında ADU-nun rektoru, akademik Kamal Abdulla deyib. Akademik bildirib ki, Prezidentin son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamları məhz dilimizin inkişafına xidmət edir:
“Dilimizin inkişafı dilin dəyişməsi deməkdir. Dil dəyişirsə, deməli, o yaşayır. Dil yaşayırsa, inkişaf edir. Əsas məsələ dilimizin dəyişərkən hər hansı süni müdaxilə və pozuntuya yol verilməməsi ilə bağlıdır. Mənə həmişə elə gəlir ki, dilimizə olan təhlükə xaricdən alınan sözlərdə deyil, dilimizin öz sözlərinin başına gətirilən müsibətlərdədir. Televiziya aparıcılarının dilindən “musiqilər” sözü düşmür. Musiqi özü-özlüyündə cəm anlayışını ifa edir, ona əlavə cəm şəkilçisi artırmaq dili duymamağın ən bariz nümunəsidir. Xarici dildən söz almaq məsələsi son dərəcədə maraqlı məqamdır. Bu, dilin inkişafınamı xidmət edir, ya dilin zəifliyinəmi işarədir? Deyilir ki, əgər ehtiyac varsa, o sözlər dilə gətirilsin. Bu, bir yanaşmadır, mən deyərdim ki, dildə termin kimi həmin söz özünü tutubsa, onu dilə gətirmək olar, çünki bu zaman dilin sinonim cərgəsi artır. Əcnəbi sözlərin dilin özünəməxsusluğuna ziyanı yoxdur. Dilin korlanması ancaq Azərbaycan dilinin içində baş verə bilər”.
Kamal Abdullanın sözlərinə görə, dil şüurumuzda mövcud olan strukturdur və ona təsir etmək mümkün deyil:
“Nitqimiz başqa məsələdir. Danışanda rusca sözlər işlədirəmsə, bu, mənim nitqimin zəifliyidir, deməli, həmin məqamda uyğun söz tapa bilməmişəm. Bu isə onu göstərir ki, mütaliəm azdır. Azərbaycan dilində pis nitqini ört-basdır etmək istəyənlər deyirlər ki, rus dilində düşünüb Azərbaycan dilində danışıram. Bir dildə düşünüb başqa dildə danışmaq mümkün deyil. İnsanlar hamısı təfəkkürün dilində düşünür, amma səsli danışığa keçərkən, o, artıq başa düşdüyümüz dilə, nitqə çevrilir. Öz içimizdən buraxmamışıqsa, o, daxili nitqimizdir”.
ADU rektoru bildirib ki, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır:
“Məsələn, o aparıcılardan üçünü bizim, digər üçünü başqa universitetlərə təhkim edin, attestasiyadan keçsinlər. Onlara qrammatika barədə sual verməyəcəyəm, soruşacağam, filan əsəri oxuyubsan? Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Cəlili, Hüseyn Cavidi oxumadan çıxıb televiziyada danışmaq ayıbdır. Heç olmasa, ayda bir dəfə kitab oxusunlar. Güman edirəm ki, elə aparıcılar var ki, axırıncı dəfə məktəbdə əlifba kitabını oxuyublar”.
Kamal Abdulla vurğulayıb ki, korrektorlar nəsli itib-batmaqdadır:
“Normal korrektor tapmaq çətindir. Çünki test üsulu ilə qəbul imtahanında orfoqrafik qaydalarla bağlı sual salınmır. Testə suallar düşsə, ali məktəbə hazırlaşan abituriyent sözün düzgün yazılış qaydasına diqqətlə fikir verər. Bir daha qeyd edirəm, ən əsası mütaliədir. Dönə-dönə, hər gün bədii ədəbiyyat oxumaq lazımdır. O zaman dilin rayihəsini içinizə çəkəcək, energetikasını hiss edib daxilinizdə yaşadacaqsınız”./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar