Sizin Reklam Burada
Xəbər lenti
17-11-2026
16-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev cəzasından narazıdır - Apellyasiya şikayəti verdi

Tarix: 18-11-2026 09:39     Baxış: 328 A- / A+
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "boz kardinal" Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.
Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.
Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar