Sizin Reklam Burada
Xəbər lenti
17-11-2026
16-11-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - FOTO

Tarix: 17-11-2026 20:17     Baxış: 330 A- / A+
Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - FOTO
17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Çıxış edənlər xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən olan 17 Noyabr - Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ulu Öndərin uzaqgörənliyi, müdrik siyasəti, onun milli dirçəlişi və mənəvi dəyərləri yüksək tutmasından, həmçinin Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə keçirdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunmasının milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı olması vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində bu gün 17 Noyabr - Milli Dirçəliş Gününün Vətənimizin hər yerində xalqımız tərəfindən bayram edilməsi böyük qürur və iftixar hissi ilə qeyd olunub.
Tədbirlər çərçivəsində təqdim edilən musiqi nömrələri, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.

Manevr.az
Medial
Medial
Medial



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar