Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Tarix: 17-05-2024 21:13     Baxış: 3188 A- / A+
Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMAÖtən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda davam edir. Azərbaycanda erkən nikaha məcbur edən valideynlər ilə bağlı hansı cəza tədbirləri görülə bilər?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev deyib ki, beynəlxalq konvensiyaya görə, nikah yaşı 18 olaraq müəyyənləşdirilib:

"Azərbaycanda beynəlxalq konvensiyaya qoşulub. Qanunlarımız da həmin konvensiyaya uyğunlaşdırılıb. Azərbaycanda da məişət zorakılığı ilə bağlı qanunlarımız var. Əfsuslar olsun ki, Azərbaycanda erkən nikah problemi bölgələrdə, regionlarda, kəndlərdə hələ də var. Bu problem hətta o səviyyəyə çatıb ki ki, il ərzində 1200-1300 uşaq 17 yaşa çatmamış qızlarımız tərəfindən dünyaya gətirilir. Bu çox ciddi rəqəmdir. Amma hazır ki, erkən nikahla bağlı sitatistikaya baxdıqda deyə bilərik ki, əvvəlki illərə nisbətən azalma var.

Azərbaycanda nikah yaşı əvvəllər 17 idi. Daha sonra isə evlilik yaşı 18-ə qaldırıldı. 2011-ci ildən sonra bu statistikada enmə dinamikasını izləyə bilirik. Ancaq yenə də, 1200 uşaq əgər 17 yaşa çatmamış analar tərəfindən dünyaya gətirilirsə, deməli bu problem hələ də qalmaqdadır. Bununla bağlı Azərbaycanda qanunvericilik səviyyəsində hüquqi baza var. Ailə Məcəlləsində və Cinayət Məcəlləsində bu məsələ öz əksini tapıb. Cinayət Məcəlləsinin 176-cı maddəsində müvafiq şəkildə iki əsas anlayış var. Biri şəxsi nikaha məcbur etmə, bir də var şəxsi erkən nikah məcbur etmə. Hər iki halda müvafiq cəzalar müəyyənləşdirilib. 176-cı maddənin birinci bəndində göstərilir ki, şəxsi nikaha məcbur etmə iki ildən 3 ilədək azadlıqdan məhrumetmə, 2 min manatdan, 3 min manata qədər cərimə ilə cəzalandırılır. Erkən yaşda insanı nikaha məcburetmədə isə hətta 3 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə, 3 min manatdan 4 min manata qədər cərimə cəzası müəyyənləşdirilib".

Sosioloqun sözlərinə görə, tətbiq edilən cərimələr və cəzalar daha da sərtləşdirilməlidir:

"Daxili İşlər Nazirliyi tərəfindən kampaniya xarakterli olsa da, belə bir tədbirlər görüldü. Erkən nikaha cəlb edən valideynləri hüquqi məsuliyyətə cəlb etdilər və həbs qətimkan tədbiri seçildi. Bu tədbirlər televiziyada, kütləvi informasiya vasitələrində tirajlanmalıdır ki, həmin "valideyn"lər özlərinə nümunə götürsünlər. Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Konstitusiyasında bildirilib ki, valideynlik hüququ uşağın mənafeyinə zidd ola bilməz. Ailə Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, valideynlik hüququ uşaq mənafeyinə zidd ola bilməz. Valideyn uşağı 18 yaşına çatdırmalıdır. Amma bu valideynə əsas vermir ki, uşağın hüququna və mənafeyinə, iradəsinə zidd qərar versin. Məhkəmə prosesində 10 yaşlı uşağın mövqeyi soruşulur. Amma əfsuslar olsun ki, Azərbaycanda erkən nikaha şərait yaradan bəzi boşluqlar var. Məsələn: Azərbaycanda nikah yaşı 18 olmasına baxmayaraq, istisna yaş kimi 17 yaş göstərilir. Nə yaxşı ki, Azərbaycan Respublikasının Ailə, Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi 17 yaşın istisna yaş kimi götürülməsi ilə bağlı təşəbbüslə çıxış etdi. Bu təşəbbüs təqdirəlayiq bir haldır. Çünki bəzi "valideyn"lər bundan manipulyativ şəkildə istifadə edir. Hətta onlar müvafiq strukturlarından sənəd alırlar ki, guya valideyn xəstədir. Valideyn xəstə olduğuna görə nikah ertələnsin. Bu maddə isə uşağa qarşıdır. Uşaq yönümlü deyil, valideyn mərkəzlidir. Bu aradan götürülsə yaxşı olar. İkinci bir məqam isə odur ki, Cinayət Məcəlləsində bir məsələ öz əksini tapsın. Yəni adaxlama və nişanlama hallarıda hüquqi məsuliyyət yaratsın. Çünki bəzi "valideyn"lər uşağı adaxlayır, nişanlayır və "göbək kəsdi", "ad qoydu" edirlər. Bu da uşaqda ailə, ərə getmək düşüncələrini formalaşdırır. Beləliklə uşaq təhsildən yayınır və düşüncəsi ancaq ailə qurmaq ilə formalaşır. Bu da onların uşağa qarşı hüquqazidd davranışdır. Hesab edirəm ki, bu da ayrıca bir hüquqi məsuliyyət yaratmalıdır".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar