Cəmiyyətin mənəvi-psixoloji inkişafında, yetişən gəncliyin şəxsiyyət kimi formalaşmasında ailənin rolu hər zaman öz əhəmiyyətini qoruyub-saxlayıb. Dövlətimiz ailə institunun qorunması mövzusuna həssaslıqla yanaşaraq, daim öz diqqət və qayğısını əsirgəməyib. Yaşadığımız hüquqi dövlətdə ailə, dövlət səviyyəsində qəbul edilən qanunlar əsasında qorunur, mühafizə edilir.
Manevr.az bildirir ki, mövzu ilə bağlı yenicag.az-a fikirlərini açıqlayan Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, ailə dəyərlərinin qorunması qədim tarixə söykənən milli ənənələrimizin davam etdirilməsi üçün vacibdir.
Xəbər lenti
İdeal ailənin FORMULU: Ailənin qorunması üçün bunlar TƏKLİF EDİLİR
“Düzdür, hər zaman ölkəmizdə texnologiyaların inkişafını dəstəkləmişik. Ancaq bunun bir də əks təsirləri var. Misal üçün sosial şəbəkələrdə bəzən ailə dəyərlərini sarsıdan örnəklərin olması, bəzi televiziya verlişlərində milli adət-ənənələrə uyğun olmayan kontentlərin göstərilməsi və s.
Qərbə nəzər yetirsək, ailə institunun formal xarakter daşıdığının şahidi olarıq. Lakin biz bu dəyərləri örnək götürüb, özümüzü onlara bənzətməyə çalışmamalıyıq. Bizi, dilimizi, dinimizi, 200 ildir assimilyasiyadan qoruyan məhz ailə dəyərlərimizdir. Əgər bu olmasaydı, biz də çoxdan digər xalqlar kimi məhv olub gedərdik. Qeyd edilən nüanslar nəzərə alındıqda təbliğatın vacibliyi xüsusi diqqətə çarpır. Bu səbəbdən örnək ailələr və davranışlar hər zaman cəmiyyətə göstərilməlidir, – deyə o əlavə edib.
Deputat bildirib ki, bir çox hallarda isə ailə daxili problemlərin əsasən maddiyyatla əlaqəli olduğu görülür:
“Bunun aradan qaldırılması üçün əsaslı şərt istehsalat yönümlü təhsilə keçid edilməsidir. Sözügedən sahədə hazırda islahatlar aparılır. Nəticələr əldə edilsə də, hələ ki, istədiyimiz yerə çatmaq üçün müəyyən yol qət etməliyik”.
Mövzu ilə bağlı fikirlərini bildirən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ailədə bir çox hallarda problemlərin qarşılıqlı etimad və etibar mühitinin olmadığından meydana gəldiyini qeyd edib:
“Ailə qurularkən mühüm şərtlərdən biri tərəflərin qarşılıqlı hörməti gözləməsi və bir-birinin nüfuzunu qorumasıdır. Qarşılıqlı inam mühitinin formalaşması evliliyin uzunmüddətli olması üçün əsas tələblərdən biridir. Lakin hazırda bu amil bir çox hallarda gözlənilmir.
İldən-ilə artan boşanma statistikası da məhz bununla bağlıdır. Belə ki, tərəflərdən biri qarşısındakını ya maliyyə mənbəyi kimi görür, ya da dominantlığı əlində saxlamağa çalışır. Nəticədə isə neqativ vəziyyət meydana gəlir.
Yaxın keçmişə nəzər salsaq ailə quranların bir-birinə qarşı hisslərinin olduğunu görərik. İndi isə bəzi hallarda qohum və ailə seçimi, məcburi, yaxud maraqlar çərçivəsində evliliklərin artdığı müşahidə edilir. Sonradan belə problemlərlə qarşılaşmamaq üçün bu kimi nüanslara diqqət yetirilməlidir”.
M.Zeynalova qeyd edib ki, qarşılıqlı öhdəlik və vəzifələrə gəldikdə isə valideynlər bir çox hallarda övladlarından qopa bilmir:
“Qopmaq dedikdə isə onları tamamilə başlı-başına buraxmaq nəzərdə tutulmur. Gənclərin həyatı dərk etməsi, qurduqları ailənin dəyərini anlaması, uzunmüddətli evliliyi təmin edə bilməsi üçün valideynlər övladlarını daim nəzarətdə saxlamamalıdır. Onlar öz ayaqları üzərində dayanmağı bacarmalı, qarşılaşacaqları problemlərin üstəsindən birlikdə gəlməyi öyrənməlidirlər.
Daha öncə də qeyd edildiyi kimi, keçmiş evliliklərə nəzər yetirsək yazılmamış qanunların olduğu aydın görünür. Misal üçün ağsaqqallar əvvəllər bir çox məsələlərdə öyüd-nəsihət, məsləhət verə bilirdisə hazırda bu alınmır. Çünki ya işləyirlər, ya səhhətlərində problem var, ya da müdaxilə etmək istəmirlər.
Boşanmaların sayı artır, deməklə iş düzəlmir, praktiki addımlar ataraq bunun qarşısı alınmalıdır. İndiki dövrdə yeni qurulan ailələr üçün dövlət tərəfindən insan haqlarına söykənən yol xəritəsi hazırlanmalıdır. Çünki artıq insanlar özü idarəçiliyi itirib. Belə olan halda isə aidiyyatı üzrə dövlət qurumlarının addım atması vacibdir”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar