Xəbər lenti
Bəlli çevrələr SSRİ-ni bərpa etmək istiqamətində çalışır - Deputatlardan AÇIQLAMA
Qazaxıstanda baş verən hadisələr dünyada siyasi dairələri narahat edən ən mühüm məsələlərdəndir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı hərbçilərinin Qazaxıstana yeridilməsindən sonra Rusiyanın Sovet İttifaqının yenidən bərpa etmək istəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta bu istiqamətdə çağırışlar var. Bu hadisələr fonunda Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya, Belarus və Qazaxıstandan ibarət ittifaqın yaradılmasını təklif etməsi özü də düşündürücüdür.
Bəs görəsən keçmiş SSRİ yenidən qurula bilərmi?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-ın suallarını Milli Məclisin deputatı Musa Qasımlı cavablandırıb. O bildirib ki, SSRİ dağıldıqdan sonrakı dövrdə Sovet ittifaqının yenidən yaradılması, bərpa edilməsi barədə müxtəlif çağırışlar olub:
“Bu çağırışlar getdikcə real cizgilər almağa başlayır. Qazaxıstan Mərkəzi Asiyanın müstəqil dövlətləri arasında ən böyüyüdür. Orada baş verən son proseslər əslində dünyada gedən geosiyasi proseslərin təzahür formalarından biridir. Təbii ki, dünyanı nüfuz dairəsinə bölmək uğrunda amansız diplomatik siyasi mübarizə gedir. Qazaxıstanda baş verən proseslər SSRİ-ni bərpa etmək çağırışı müəlliflərinin istəklərinin gerçəkləşməsi üçün atılan addımlardan biridir. Amma dünya əvvəlki deyil. Keçmiş SSRİ-ni olduğu kimi bərpa etmək indiki şəraitdə çox çətin olar. Lakin bir neçə il sonra yeni bir formada ittifaqın yaradılıb-yaradılmayacağını zaman göstərəcək. Hər halda bəlli çevrələr bu istiqamətdə çalışır”.
Millət vəkili Fazil Mustafa bildirib ki, müəyyən təzyiq və zorakı yollarla bəzi respublikları bu ittifaqa qatmaq mümkündür:
“Hazırda bu istiqamətdə işlər gedir. Lakin bu çox ağır bir prosesdir. Rusiyanın bu ağır yükü öz çiyinlərinə götürmək imkanları məhduddur. Ola bilsin ki, xammal dövləti kimi Rusiya böyük gücə sahibdir. Lakin Rusiya öz ərazisini və əhalisini idarə edə bilmir. Rusiya hansı resurslarla belə bir birliyi yarada bilər? Ümumiyyətlə yeni ittifaq savaş zonasına çevrilən məkandan başqa nə vəd edir? Bu ittifaq millətlərarası savaş poliqonuna çevrilən bir ölkə kimi qəbul oluna bilər. Bu, ağlasığmaz bir şeydir. Vaxtilə naməlum ideya ətrafında millətlər və xalqlar ittifaqda birləşmişdi. O vaxt millətlər xəbərsiz idi. Lakin indi insanlar başa düşür ki, bu ittifaqın yaradılması hansı faciələrə səbəb ola bilər. Belə bir halda Sovet İttifaqını qurmaqla kimi aldatmaq olar? Kimi aldadıb bu məkana qatmaq olar? Zorakılıq yolu ilə çox uzağa getmək olmaz. Bu gün SSRİ-nin yenidən yaradılması dünya üçün də hərbi təhlükədir. Buna görə də dünya dövlətləri də bu istiqamətdə səfərbər olacaq. Bunun qarşısının alınması üçün bütün güclər birləşdiriləcək. İttifaq təhlükəsi dünya düzənini pozan və böyük narahatlığa səbəb olan bir məsələdir”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar