Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın 44 səhvi – Ermənistan “ölüm nöqtəsi”ndən çıxa biləcəkmi?

Tarix: 06-08-2021 19:28     Baxış: 3134 A- / A+
Paşinyanın 44 səhvi – Ermənistan “ölüm nöqtəsi”ndən çıxa biləcəkmi?

2016-cı ildə "Aprel döyüşləri”dən sonra Ermənistan hakimiyyətinin məntiqli qərar verəcəyi və münaqişənin dinc yolla həll olunması istiqamətində işlər görəcəyi gözlənilirdi. Bu keçmiş hakimiyyətdə alınmadı, səbəbləri də aydın idi.

2018-ci ildə isə özünün "demokratiya carçısı” kimi təqdim edən Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman götürdüyü öhdəlik və verdiyi vədlər münaqişənin sülh yolu ilə həll olunacağı istiqamətindəki ümidləri artırdı. Lakin Nikol Paşinyanın siyasi şəriştəsizliyi və hakimiyyəti dövründə yol verdiyi səhvlər Azərbaycanı münaqişəni hərbi güc yolu ilə birdəfəlik həll etməsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Məğlubiyyətin təməlində isə heç şübhəsiz ki, Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə yol verdiyi və günü bu gün də davam edən səhvləri durur.

1.Nikol Paşinyanın ilk böyük səhvi "Qarabağ Ermənistandır, nöqtə” bəyanatı səsləndirməsi idi. Bu son 25 il ərzində aparılan danışıqlar prosesinin mənasızlığının sübut etdi.

2.Paşinyan sələflərindən fərqli şəkildə tarixi Azərbaycan şəhəri Şuşada yallı getməklə Ermənistanın bariz ərazi iddialarını nümayiş etdirdi və işğal faktını təsdiqlədi.

3.Baş nazir öz oğlunu hərbi xidmət üçün Qarabağa göndərməklə sülh danışıqlarına növbəti zərbu vurdu.

4.Paşinyan prezidentlərin Münxen debatında qeyri-peşəkar davranışları ilə yadda qaldı və əslində Erməni diplomatiyasının mövcud vəziyyətini nümayiş etdirmiş oldu. Diplomatik etiket qaydalarından xəbərsiz və hazırlıqsız olmaqla Qarabağın Ermənistana verildiyini qeyd etməklə münaqişənin tarixi ilə bağlı yetərli biliklərə malik olmadığını sübut etdi.

5.Paşinyan hələ hakimiyyətə gəlmədən öncə "Qarabağı sahibinə Azərbaycana qaytaraq” deyirdi. Lakin hakimiyyətə gəldikdən sonra bunun əksini iddia edərək siyasi dönüklük nümunəsinə çevrildi.

6.Qondarma "Artsaxın” parlament binasını Şuşada inşa etdirilməsi isə Paşinyanın Azərbaycanın ərazi bütövlüyə hörmət etmədiyini və konstruktiv mövqeyə malik olmadığını nümayiş etdirdi.

7.İşğal altındakı Zəngilan və Cəbrayıl rayonlarına yol çəkmək iddiasına düşərək Qarabağın Ermənistanla əlaqələndirməyə cəhd göstərdi.

8.Hakimiyyətinin ilk dövründən etibarən Azərbaycanla diplomatik danışıqların inkişafı istiqamətində heç bir iş görülmədi və nəticədə danışıqlar faktiki olaraq dayandırıldı.

9.Paşinyanın birbaşa tapşırığı ilə Tovuz rayonunda dövlət sərhəddində general-mayor Polad Həşimovun öldürülməsi ilə nəticələnən təxribat baş verdi.

10.Paşinyan Tovuz döyüşləri ilə Avropaya neft-qaz ixracına imkan verən əsas enerji xəttlərini hədəf almağa cəhd göstərdi.

11.Ermənistan Müdafiə Nazirliyi səviyyəsində nəinki torpaqların qaytarılacağı, hətta Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi ilə bağlı mesajlar verildi.

12.Paşinyan höküməti tərəfindən beynəlxalq təşkilatlar və dövlətlər səviyyəsində münaqişənin sülh yolu həll olunmasına dair edilən bütün təkliflərindən imtina edildi.

13.Paşinyan hakimiyyətin ilk günlərindən etibarən Ermənistanın Rusiya ilə münasibətlərini pisləşməsi istiqamətində fəaliyyətlər icra etdi və açıq şəkildə Qərb meylli siyasi kurs yeritdiyini bəyan etdi. Rusiyanın adamı hesab olunan Robert Koçaryanı həbs etdirmək və Vladimir Putinin Koçaryanın azad edilməsi ilə bağlı rəsmi məktubunu ciddiyə almamaqla Rusiya ilə əlaqələri daha da pisləşdirməyə nail oldu.

14.Paşinyan Ermənistan ordusunu ciddi şəkildə zəiflətdi. Ordu sıralarında Rusiya mövqeli olduğu iddiası ilə bir çox zabiti sıradan çıxardı və özünə sadiq lakin qeyri-peşəkar kadrları yüksək vəzifələrə təyin etdi.

15.Dövlətin əsas güc strukturu olan Milli Təhlükəsizlik Xidmətində ciddi islahatlar həyata keçirdi və 29 yaşılı Argişti Karamyanın xidmət rəhbərliyinə gətirilməsini təmin etdi.

16.Ermənistan-Azərbaycan təmas xəttində yeni təxribatlara cəhd göstərməklə böyük müharibənin başlanması üçün şərait yaratdı. Ardıcıl diversiya əməliyyatları və təmas xəttində gərginliyin süni şəkildə artırılması məhz Paşinyanın düşüncəsinin məhsulu idi.

17.Paşinyan cəbhənin Cəbrayıl-Füzuli istiqamətində uğursuz əks hücum təşəbbüsləri icra edilməsini əmr edərək məğlubiyyətin təməlini atmış oldu.

18.Müharibə dövründə Rusiya tərəfindən təklif olunan şərtlər daxilində təslim olmaqdan imtina etdi.

19.Azərbaycan tərəfindən edilən təslimiyyət çağırışlarına məhəl qoymadı və müharibəni davam etdirdi.

20.Dövlət sərhəddində və döyüşlərin getmədiyi bölgələrdə təxribatlar törətməklə münaqişənin miqyasını genişləndirməyə, Ermənistan dövlət sərhəddinə hücumlar edildiyini bəhanə gətirərək KTMT-nı müharibəyə cəlb etməyə cəhd göstərdi.

21.PKK və Abxaz terrorçularının Qarabağa gətirilməsi və Azərbaycana qarşı müharibədə istifadə edilməsini təmin etdi.

22.Heç bir sübut olmamasına rəğmən Azərbaycan və Türkiyəni Suriyalı silahlıları Qarabağ gətirməkdə ittiham etməyə başladı və bütün dünyanı buna reaksiya verməyə çağırdı.

23.ABŞ və Fransanı Minsk Qrupu vasitəsilə münaqişəyə daxil etməyə çalışmaqla problemin daha da genişlənməsi üçün şərait yaratdı.

24.Azərbaycanın Qarabağ və ətraf ərazilərdəki "erməni kilsələrini”, erməni məzarlarını və abidələrini dağıtdığını qeyd edərək, münaqişəni "dini müharibə” kimi təbliğ etməyə çalışdı.

25.Müharibənin gedişində mülki əhalinin hədəfə alınması və qadağan olunmuş silahlardan istifadə ilə bağlı tapşırıq verməklə hərbi cinayətə imza atmış oldu.

26.Azərbaycan və Ermənistan arasında iki sülh sazişi imzalanmasına baxmayaraq ilk gündən sazişlərin bəndlərinə əməl etmədi. Rayonlar vaxtında boşaldılmadı və bölgədən erməni silahlılarının çıxarılması prosesi tam şəkildə həyata keçirilmədi.

27.Müharibədən sonrakı aylarda Hadrut və Zəngilan istiqamətində erməni silahlı birləşmələri vasitəsilə terror fəaliyyətləri icra etməyə cəhd göstərdi.

28.Terror fəaliyyəti nəticəsində həbs olunmuş silahlı şəxslərin "hərbi əsir” olduğunu elan edərək, onların azad olunması istiqamətində beynəlxalq kampaniya başlatdı.

29.Boşaldılacaq Kəlbəcər, Ağdam və Laçın rayonların yenidən və sürətli şəkildə minalanması tapşırığını verdi və bu proses müharibədən sonra belə onlarla dinc sakinin həlak olması ilə nəticələndi.

30.Azərbaycan tərəfinin tələblərinə rəğmən işağldan azad olunmuş ərazilərin mina xəritələrini təqdim etməkdən imtina etdi. Nəticədə onlarla azərbaycanlı minatəmizləmə prosesində ağır yaralandı və ya həlak oldu.

31.Qarabağda baş verənlərdə və məğlubiyyətdə özünü yox, erməni generallarını və keçmiş prezidentləri günahlandırdı.

32.Müharibə zamanı istifadə olunan "İsgəndər” raketlərinin partlamadığını bəyan edərək Rusiya ilə ciddi qalmaqala səbəbiyyət verdi. Daha sonra yanlış məlumatlandırıldığını qeyd edərək prosesləri düzəltməyə çalışdı.

33.Kapitulyasiya aktının imzalanmasından sonra xalqın qarşısına çıxmaq əvəzinə qaçıb gizləndi.

34.Müharibədən dərhal sonra Xarici İşlər nazirini və 50-dən çox diplomatı istefaya göndərdi və Azərbaycanla diplomatik əlaqələri sonlandırdı. İki ölkə arasında sülh sazişlərindən irəli gələn arasındakı müzakirələrin təktərəfli dondurulmasına qərar verdi.

35.Paşinyanın tapşırığı ilə müharibədən dərhal sonra Azərbaycana və Türkiyəyə qarşı beynəlxalq aləmdə qarayaxma kampaniyasına start verildi.

36.Verdiyi qərarlar və qeyri-peşəkarlığı sayəsində Ermənistanı Vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.

37.Seçkilərdən sonra Zəngəzur dəhlizinin müzakirə mövzusu olmadığını qeyd edərək, bir daha sülh sazişinin bəndlərini ciddiyə almadığını nümayiş etdirdi.

38.İki ölkə arasında düşmənçiliyi tam şəkildə bitirmək üçün yekun sülh müqaviləsi imzalamaqdan imtina etdi.

39."Qarabağın statusu” məsələsini gündəmə gətirməklə münaqişənin bitmədiyini və gələcəkdə də davam edəcəyinin anonslarını verməyə çalışdı. Ermənistanda sülh quruculuğu və Azərbaycanla normal münasibətlər sahəsində hər hansı addım atmadı, əksinə revanşist fikirilər səsləndirdi.

40.Məğlubiyyətə rəğmən erməni xalqına Qarabağla bağlı ümidlər verməyə, Hadrut və Şuşaya yenidən qayıtmaq barədə illüziyalar danışmağa davam etdi.

41.Sərhədlərin müəyyənləşməsi prosesinə süni əngəllər yaratdı və dövlət sərhəddində Kəlbəcər və Qaragöl bölgələrində yeni təxribatlara cəhd göstərdi.

42.Azərbaycanın Zəngəzuru işğal edəcəyini qeyd edərək dövlət sərhəddinə Rus sülhməramlılarını yerləşdirməyə və Azərbaycanı KTMT ilə münaqişəyə cəlb etməyə çalışdı.

43.Rus sülhməramlılarına rəğmən verdiyi tapşırıqlarla Qarabağda atəşkəsin müntəzəm olaraq pozulmasına və qeyri-sabitliyin yaradılmasına şərait yaratdı. Nəticədə sülhməramlıların fəaliyyətini sual altına almış oldu.

44."Qənimətlər parkı”-nı Azərbaycanın əleyhinə əsas təbliğat vasitəsinə çevirdi və xüsusilə Qərb ölkələrini Azərbaycana təzyiq göstərməyə çalışdı. Erməni diasporası vasitəsilə ABŞ və bir sıra Avropa ölkələrinin Azərbaycana yardımlarının qarşısının alınması istiqamətində işlər apardı.

Nəticə isə göz qabağındadır. Uduzmuş Ermənistan, məhv edilmiş ordu, psixoloji tar-mar edilmiş xalq.

Bütün bunlara baxmayaraq Paşinyan yenə də Ermənistanda hakimiyyətdədir və yeni də yanlış qərarlar verməklə məşğuldur.

Əslində yekun məğlubiyyət səhvlərindən dərs çıxara bilməyənlərin nəsibi olur. Paşinyanı hələ bir qədər də şansı var.../bizim.media

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar