Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Azərbaycanı KTMT-yə qoşmaq üçün əlindən gələni edir”

Tarix: 09-07-2021 20:46     Baxış: 4160 A- / A+
“Rusiya Azərbaycanı KTMT-yə qoşmaq üçün əlindən gələni edir”

Bu günlərdə Azərbaycan və Pakistanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi üzv qismində dəvət olunması müzakirə mövzusudur.

Təbii ki, bu təklifin arxasındakı Rusiya məkrini hiss etməmək üçün çox saf olmaq lazımdır. Rusiya həmişəki kimi “parçala, hökm et” siyasətini bu dəfə yumşaq dəvət formatında davam etdirməyi hədəfləyir. Türkiyə ilə qardaşlıq münasibətlərimizin üzərinə soyuq duş effekti vermək də gizlənə bilər bu dəvətin ardında. Bir çox soydaşlarımız hesab edir ki, bu quruma istənilən statusla qoşulması Rusiyanın Qarabağda möhkəmlənməsinə xidmət edən addımdır. Bu, ölkəmizi sivil dünyadan təcrid edəcək, Rusiyanın orbitindən çıxa bilməyəcəyik.

Öncə onu qeyd edək ki, KTMT-yə tamhüquqlu üzv olmağımız mümkün deyil. Ermənistanla birlikdə hansısa qurumda təmsil olunmağımız üçün əvvəlcə tərəflər arasında problem, o cümlədən sərhəd məsələləri həll olunmalıdır.

Bəzi ekspertlər hesab edirlər ki, KTMT-də müşahidəçilik Qarabağda Ermənistanın silahlı birləşmələrinin ləğvini və Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Amma bu da var ki, Azərbaycan bu təşkilata yaxınlaşması NATO və Qərblə əlaqələrə pis təsir edəcək.

KTMT-yə hər hansı bir formada qoşulmağın bizə mənfi və müsbət təsirləri nələr olacaq, bu münasibətlər Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilərmi? Manevr.az xəbərinə görə, bizimyol.info-nun bu suallarını cavablandıran siyasi şərhçi Əhməd Əlili bildirib ki, Azərbaycan heç vaxt KTMT-yə qoşulmaq istəməyib. Lakin Azərbaycan xarici siyasəti balanslar üzərində qurulmuş siyasətdir.
“Rusiya Azərbaycanı KTMT-yə qoşmaq üçün əlindən gələni edir”

“Ona görə uzun müddət gözlənilirdi ki, Azərbaycan Qərb ölkələri və Aİ ilə bir sıra strateji sənədlər imzaladıqdan sonra, Rusiya ilə pozulmuş balansı qorumaq üçün hansısa jest edə bilər, buna hazırlıq gedirdi. Və KTMT də buna hazır görünürdü. KTMT-də müşahidəçi ölkə statusu yaradıldı və hamıya bəlli idi ki, bu Azərbaycan üçün yaradılıb. Amma Azərbaycan müşahidəçi qismində belə daxil olmadı. İndi isə Azərbaycanı hər hansı bir formada daxil etmək üçün son Düşənbə sammitində KTMT -yə Partnyor ölkə adlı bir qurum yaradılır. Bu qurumun tam statusu, fəaliyyət növü bəlli deyil. Amma hesab edirəm ki, araşdırmaçı statuslu təsisat ola bilər ki, orada bir qisim ölkələr təmsil olunsun. Yəni KTMT və xüsusən Rusiya əlindən gələni edir ki, yumşaq forma yaratsın, Azərbaycan – KTMT arasında hansısa bir bağ yaransın. Rusiya bura Pakistanı da dəvət etmək istəyir və Mərkəzi Asiya ölkələrində baş verən hadisələr kontekstində bu Rusiya üçün vacibdir. Pakistanla əməkdaşlıq Rusiya üçün həyati dərəcədə əhəmiyyətlidir. Azərbaycanın araşdırma qurumlarından birinin üzvü olması KTMT üzvü olması demək deyil. Bu Şuşa Bəyannaməsinin imzalanmasından sonra Rusiyadakı anti-Azərbaycan qüvvələrinin arqumentlərini zəiflətmək üçün lazımdır. Rusiyanı Azərbaycandan arxayın etmək üçün belə bir addımın atılmasına ehtiyac var idi və hesab edirəm ki, bu baş verəcək.

O ki qaldı Azərbaycanın KTMT-yə qoşulmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsiri məsələsinə. Yenə qeyd edirəm ki, biz mümkün qədər yumşaq formada bunu etməyə çalışırıq. Azərbaycan bir tərfdən də Qoşulmama Hərəkatının üzvüdür. Ona görə bizim KTMT-yə qoşulmamız institusional olaraq məhdudlaşdırılmış məqamdır. Türkiyə və Pakistan ilə əlaqələrimiz o qədər sıx və güclüdür ki, bu Azərbaycanın Rusiyaya tərəf sürüşməsinin qarşısını ala bilən əsas amildir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar