Xəbər lenti
Türkiyəli professor: Zəngəzur dəhlizinin açılması...
Azərbaycan güclü diplomatik gedişləri, dəqiq siyasəti və Ordusunun gücü ilə regionda yeni münasibətlər sferasının təməlini yaradıb. Ortada gerçəyi əks etdirən məntiq var: Qafqazda yaranacaq uzunmüddətli sülh Avrasıyada bütün ölkələr üçün faydalı və perspektivlidir. Regionda ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq coğrafi baxımdan geniş, əhatəli və faydalı strategiyadır. Şuşa Bəyannaməsi mahiyyət etibarilə bütün tərəfləri əməkdaşlığa və mövcud inkişaf şanslarını düzgün dəyərləndirməyə dəvət edir.
Manevr.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin sədri (ANKASAM) professor Mehmet Seyfettin Erol bildirib.
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxmasını Azərbaycanın dövlət müstəqilliyinə qarşı düşünülmüş qəsd kimi dəyərləndirən professor Mehmet Seyfettin Erol deyib:
“Azərbaycan otuz illik işğal dövründə heç vaxt bu təcavüzlə barışmadı. Bu qəti mövqe Prezident İlham Əliyev tərəfindən sülh danışıqları boyunca dəfələrlə dünya ictimaiyyətinə bəyan edildi. İndi isə reallıqda parlaq bir Zəfər var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu əsrin az qala üçdəbirini əhatə edən işğala 44 gün ərzində son qoydu və ölkənin ərazi bütövlüyü bərpa olundu. Həm Ermənistan, həm onun havadarları, həm də bölgədə bu və ya digər formada maraqları olan bütün tərəflər dərk etməlidilər ki, Azərbaycanı bu şərəfli Zəfərdən sonra hansısa bir ədalətsiz qərara məcbur etmək mümkünsüzdür. Tez-tez təkrar etdiyimiz yeni situasiya məhz bundan ibarətdir: Azərbaycan beynəlxalq hüquqla tanınan dövlət sərhədini bərpa edib və indi regiondakı bütün proseslərdə Azərbaycan həlledici gücə malikdir”.
Professor Mehmet Seyfettin Erolla söhbətimiz 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günününə təsadüf etmişdi. Milli Ordumuzun güc kriteriyalarını yüksək dəyərləndirən araşdırmaçı alim əminliklə dedi ki, Azərbaycan Ordusu Vətən savaşında yüksək peşəkarlıq nümayiş etdirməklə bərabər, beynəlxalq humanizm prinsiplərinə əməl edərək dinc əhalinin itki verməməsi üçün maksimum səylər göstərməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəldib.
Alim deyib:
“Qarabağ Zəfəri nəticə etibarilə 44 günlük Vətən Müharibəsi sayəsinə əldə olunsa da, Prezident İlham Əliyev özünün müdrik siyasəti, çevik diplomatiyası ilə çətinliklə də olsa, bu qələbənin hüquqi və siyasi təməlini yarada bilmişdi. Hazırda dünyada bir çox münaqişələr var və təəssüf ki, onların sayı getdikcə artır. Keçmiş Dağlıq Qarabağ münaqişəsi məhz müdrik siyasət və Ordunun gücü ilə həll olunub və beynəlxalq hüququn Azərbaycana verdiyi ədalət bərqərar edilib”.
“Şuşa Bəyannaməsindən sonra regionun gələcəyini necə görürsünüz”, - sualını cavablandıran professor region ölkələrində gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərinin düzgün dəyərləndiriməsinin vacibliyini diqqətə çatdıraraq deyib: “Yeni koronavirus infeksiyası bütün ölkələr daxil olmaqla, dünya iqtisadiyyatına sarsıdıcı zərbə vurub. İnfeksiyanın fəsadları ictimai-siyasi və sosial-iqtisadi həyatda hələ uzun illər özünü göstərəcək. Digər tərəfdən pandemiya sosial həyatda yeniliklər yaradıb. İqtisadi dirçəliş və islahatlar sosial həyatın idarə olunmasında mühüm amilə çevrilib. Ona görə də bölgə ölkələri, o cümlədən qonşular birgə inkişaf konsepsiyasına qoşulmaq məcburiyyətindədir. Üçtərəfli bəyanatda və haqqında bəhs etdiyimiz Şuşa Bəyannaməsində əksini tapan Zəngəzur nəqliyyat dəhlizinin açılması bu mənada regional inkişaf üçün strateji avantajdır. Ən qısa zamanda bu istiqamətdə mühüm addımların şahidi ola bilərik. Münaqişə və yaxud pis münasibətlər regionda heç bir tərəfə fayda gətirmir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar