Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda sülh “sülhsevər” Avropanı narahat edib: "Bu münaqişə onlara lazımdır"

Tarix: 24-05-2021 17:48     Baxış: 3162 A- / A+
Qarabağda sülh “sülhsevər” Avropanı narahat edib: "Bu münaqişə onlara lazımdır"

Avropa Parlamenti Azərbaycanın Ermənistan hərbçilərini "təcili və şərtsiz" azad etməsi ilə bağlı qətnamə qəbul edib.

Avropa Parlamentinin cümə axşamı keçirdiyi plenar iclasında qəbul etdiyi qətnamədə tələb olunur ki, münaqişə zamanı və sonra saxlanan bütün hərbi və mülki şəxslər "təcili və şərtsiz" azadlığa buraxılsın.

Qətnamədə həmçinin Azərbaycanın paytaxtı Bakıda açıqlanan Hərbi Qənimətlər muzeyinin açılması və burada Ermənistan həbrçilərinin obrazlarının quraşdırılması qınanılıb. İşğalçı bir dövlətə müraciət edirmiş kimi səsləndirilən bu tələblərin qərəzli olması göz önündədir.

Avropa Parlamentinin bu birtərəfli yanaşması cəmiyyətimiz tərəfindən hiddətlə qaşılanıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Fərəc Quliyev bizimyol.info ya bildirib ki, Avropa Parlamenti əslində Azərbaycanın humanist və mülayim rəftarından cəsarətlənib həddini aşır.

“Bizim ölkəyə soxulub terror aktı törədənlərin bizdən istənilməsinin adını qoya bilmirəm. Mən üz tuturam Avropa Parlamentinə. Siz bu gün hansısa İŞİD, PKK, Əl-Qaidə, Taliban terrorçusunu həbs eləsəniz, kimsə onların azad edilməsini tələb etsə, verərsinizmi? Belə çıxır ki, terrorçuya hərbi əsir adı qoyaq, istəyən də istədiyi cinayəti törətsin, cəzasızlıq sindromu baş alıb getsin? Terrorizm anlayışında güzəşt olmur. Barışmaz mövqe olmalıdır.

Ermənistan müxalifəti, revanşistlər deyirlər ki, Hadrutu, Şuşanı qaytaracağıq. Şuşa, Hadrut bizim beynəlxalq qanunvericiliklə tanınmış ərazilərimizdir. Bu o deməkdir ki, biz gəlib Şuşanı işğal edəcəyik deyirlər, birbaşa təhdiddir. Bölgədə separatizmi stimullaşdırmaq üçün zəmin yaradırlar. Gedin dava edin, biz sizi hərbi əsir kimi geri qaytaracağıq deyirlər. Çünki bu münaqişə onlara lazımdır. Hətta Ter-Petrosyan deyir ki, bu xalqın sonu məyusluqla bitəcək. Yəni o anlayır ki, ermənilər real olmayan xülyalardan çəkinməsələr, onları tamamilə parçalanma gözləyə bilər. Bu gün söhbət artıq Qarabağdan getmir. Top bizim meydandan çıxıb, Ermənistan ərazilərindədir. Putin də demişdi ki, Sovet respublikaları ayrılarkən hamısı daxil olduqları mövcud olan xəritələrlə ayrılmalıdırlar. O xəritələrə əsasən, Kərki, Qazağın 7 kəndi, Zəngəzur qeyri-şərtsiz boşalmalıdır. Avropa Parlamenti danışırsa, bunu da danışsın.

Sərhədlərin delimitasiyası barədə danışarkən İranın verdiyi bəyanatlara da münasibət bildirən partiya sədri bunları söylədi:

“İran 30 il ərzində bizim sərhədlərimiz işğal altında olanda bir dəfə səsini çıxarmadı, indi sərhədlərində baş verənlərdən niyə narahatlıq ifadə etməlidir. O bizim sərhədlərimizi pozub, silah, yük daşınmasına yol verib, istənilən təxribata yol verib, biz də göz yummuşuq. Bu gün yenə də qonşu dövlətlərlə problem yaranmasın deyə güzəştlə davranırıq. Amma nə suverenliyimizdən, nə torpaqlarımızdan güzəşt edəsi deyilik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar