Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistana məktub göndərməliyik ki, 100 il öncə əlimizdən alınmış bölgəni geri qaytarın”

Tarix: 24-05-2021 13:14     Baxış: 4136 A- / A+
“Ermənistana məktub göndərməliyik ki, 100 il öncə əlimizdən alınmış bölgəni geri qaytarın”

“Ermənilərin öz təcrübəsindən özlərinə qarşı istifadə etməliyik”
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması mənim fikrimcə, uzun zaman alacaq, çünki bunu istəməyən çoxlu sayda qüvvələr var”.


Manevr.az xəbər verir ki, bu fikirləri bizimyol.info-ya keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
“Ermənistana məktub göndərməliyik ki, 100 il öncə əlimizdən alınmış bölgəni geri qaytarın”

“Açıq desəm, məndə sülh sazişinin tezliklə imzalanacağına dair əsaslı şübhələr var. Bu məsələ qısa müddətdə həllini tapa bilməyəcək. Bizim diplomatiya hazırda 2 istiqamətdə iş aparır: Birincisi, Ermənistan- Azərbaycan münasibətləri, ikincisi, Ermənistana aid olmayan, sülhməramlıların nəzarətində olan, ermənilərin kompakt yerləşdiyi ərazilər. Bunu münaqişə mövzusu adlandırmaq olmaz. Bu reinteqrasiya prosesidir. Azərbaycanın mövqeyinə görə Ermənistanın bu işə aidiyyatı yoxdur. İndi iki ölkə arasında sərhədlərin bərpasına başlanıb, ərazilərin delimitasiya və demarkasiyası gedir, amma açıq desək, çətin gedir. Təzminat mövzusu, 10 noyabr bəyannaməsində nəzərdə tutulan Zəngəzur dəhlizi və digər postmünaqişə mövzuları da təbii ki, var. Məni narahat edən nədir? Ermənistan Azərbaycan münaqişəsi bölgədə prosesləri idarə etmək üçün istifadə edilən alət idi. İndi bir çox dünya gücləri, hətta Ermənistanın özü də prosesslərdən kənarlaşdırılır. Münaqişənin qalmasında maraqlı olan tərəflər çoxdur. Ermənistan sazişin imzalanmasına hazır deyil. Bu ölkənin siyasi gündəmini nəzərə alsaq, iddialarından əl çəkməyiblər və iki sözlərindən biri Qarabağdır. Rusiya və Qərbi sınaqdan keçirmək üçün süni böhran yaradıblar. Onlara kimin sahib çıxacağını bilmək istəyirlər. Süni şəkildə təxribatlar törətməyə davam edəcəklər ki, onları qoruya biləcək müşahidəçi disskusiyasını yaratsınlar və yenidən Minsk qrupunu diriltsinlər. Addım-addım vəziyyəti buna aparamağa çalışacaq, sərhəddə yeni münaqişə yaratmaq istəyəcəklər. Kənarda qalmış, bizə qarşı olan oyunçuları geri gətirəcəklər. Onların ssenariləri budur. Ona görə sazişi qısa müddətdə əldə etmək çətin olacaq”,- deyə politoloq qeyd edib.

“Hazırda sülh sazişinin imzalanması Rusiyada və Qərbdəki Ermənistan tərəfdarlarını qane etməyəcək. Heç kim bu meydandan çıxmaq istəməyəcək. Müdaxilə etmək üçün münaqişə lazımdır və sistem bununla ölçülür. Təbii ki, Azərbaycan öz inkişafı naminə sazişin imzalanmasında maraqlıdır. Amma qarşımıza çox qüvvələr çıxır.

Görürsüzmü, təzminat mövzusuna hələ heç bir reaksiya yoxdur. Hamı susur. Ona görə biz əks-hücum planına keçməliyik.

Zəngəzur bizim topaqlarımız olub.100 il içərisində etnik təmizləmə aparıblar, xalqımız oranı boşaldıb özləri daha sıx məskunlaşıblar. Biz ərazi iddası aparmalıyıq. Ermənilərin təcrübəsini öyrənib istifadə etməliyik. Onlar öncə “Qarabağı bizə verin” deyib müraciət etdilər, sonra işğal etdilər. Biz də eyni qaydada. İctimaiyyət səviyyəsində müzakirə aparılmalıdır. Sonrakı mərhələdə Milli Məclis və icra orqanlarında bu barədə məsələ qaldırılsın, müzakirə aparılsın. Sonra biz də onlar kimi Milli Məclisin adından Ermənistana məktub göndərməliyik ki, 100 il öncə əlimizdən alınmış bölgəni geri qaytarın. Onlar təbii ki, razılaşmayacaqlar. Amma hər dəfə onlar Qarabağ məsələsini diqqətə gətirəndə, biz də Zəngəzuru, təzminatı soruşmalıyıq”.

Tofiq Züfüqarov bvildirib ki, indi bu məsləni qabartmaq üçün əlverişli zamandır.

“Bizim diplomatiya bu əks-hücumu vaxtında irəli sürməlidir. İndi münasib vaxtıdır. İndiki mərhələdə Ermənistan xalqının Rusiyaya münasibəti kritikdir. Rusiya öz vacibliyini Ermənistana sübut etməyə çalışır. Ermənistan üçün torpaq iddiasının mövcudluğu Rusiyanın xeyrinədir və bu bizim üçün tarixi məqamdır. Rusiya bu təhlükəni şişirtmək niyyətinə düşəcək ki, özünə xeyri olsun, Ermənistan özünümüdafiə üçün ona müraciət etsin. Bizə qarşı Ermənistanı himayə edən güclər səs-səsə verəndə biz Zəngəzur söhbətini gediş kimi istifadə etməlyik. Bu mövzu mütləq gündəmə gətirilməlidir. Hesab edirəm, bu addım faydalı olacaq və öz bəhrəsini verəcək”.

Manevr.az[/color

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar