Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fürsət Azərbaycanın ayağına gəlir - Rusiya Xankəndini təhvil verir?

Tarix: 07-05-2021 14:08     Baxış: 4165 A- / A+
Fürsət Azərbaycanın ayağına gəlir - Rusiya Xankəndini təhvil verir?


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri bir neçə aspektdən diqqət çəkdi.
44 günlük savaşın regionda yaratdığı yeni reallıq nəinki İrəvanı, artıq Moskvanı da prosesləri rəsmi Bakı ilə razılaşdırmağa vadar edir. Şimal qonşumuz yaxşı anlayır ki, müharibənin şəriksiz qalib tərəfi olan Azərbaycan bu gün sürətlə dünyanın güc mərkəzlərindən birinə çevrilən Türkiyənin ən etibarlı tərəfdaşı, müttəfiqidir. Lavrovun region səfərinin qəfil baş verməsinin səbəbi də bu amil ilə xüsusi ilə bağlıdır. Belə ki, keçən ayın sonlarında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mayın ortalarında Şuşaya səfər edəcəyini açıqlaması Kremli hərəkətə gətirdi. Rusiya dərhal XİN rəhbərini bölgəyə ezam etdi.

Lavrovun səfər marşrutuna İrəvandan başlaması onu göstərdi ki, Kremlin portfelində ilk növbədə Ermənistanın üçtərəfli bəyanatların icrasına dair hazırlıq səviyyəsini təftiş etmək üçün sənədlər mövcud idi. Bunu Nikol Paşinyanın Rusiya XİN rəhbəri ilə görüşü zamanı "İrəvan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə, Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq" açıqlamaları da təsdiq etdi.

Rusiyalı nazir bu səfər zamanı həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləməklə günlər öncə Fransa Prezidenti ilə Vladimir Putinin telefon danışığının təfərrüatını açmış oldu. Lakin istər Rusiyada, istər Fransada, istərsə də ABŞ-da yaxşı bilirlər ki, Azərbaycanın artıq bu zərurətə ehtiyacı yoxdur.

Lavrovu erməni jurnalistlərdən birinin Prezident İlham Əliyevin aprelin 20-də AzTV-yə müsahibəsində dediyi "Ermənistan istəsə də, istəməsə də, Azərbaycan Zəngəzur dəhlizini icra edəcək" açıqlması ilə bağlı sualına cavabı isə rəsmi Moskvanın postmüharibə dövründə Azərbaycanı qarabaqara izlədiyini və rəsmi Bakının bu mövqeyinin azı İrəvan qədər Rusiyanı da narahat etdiyini göstərdi. "Kommunikasiya xətləri tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır" cavabı verən Lavrovun məntiqindən bu nəticə çıxır ki, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. Lavrovun İrəvanda səsləndirdiyi "Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil" bəyanatı da Ermənistandan çox rəsmi Bakıya ünvanlanmış hesab edilə bilər. Çünki qarşıda 10 noyabr bəyanatına əsasən bölgədə sülhün təminatçısı rolunda sülhməramlı kontingentinin timsalında təmsil olunan bir Rusiya var ki, 7 ay ərzində onların Qarabağdakı fəaliyyətindən rəsmi Bakının razı qalmadığımız mesajlarını vaxtaşırı istər mediadakı yazılardan, istərsə də rəsmilər səviyyəsində aldılar.

10 noyabr bəyanatının icrasında özlərini maraqlı tərəf kimi göstərən Rusiya XİN rəhbərinin bu açıqlamaları eyni zamanda erməniləri rahatlatmaq məqsədi də daşıya bilər. Lavrovun İrəvan səfəri ilə müqayisədə Bakıda vəziyyət fərqli ola bilər. Rusiya XİN rəhbərinin minalanmış ərazilərin xəritəsi ilə bağlı əllərindən gələni etdiklərini deyəcəyi gözlənilən olsa da, müəmmalı "İsgəndər"lərlə bağlı yeni heç bir şey deməyəcəyini proqnozlaşdırmaq olar.

Sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikləri kadrlarda Xankəndindən çıxarılan erməni ordusunun kolonu əksini tapdı. Ağır texnika kolonunun Laçına tərəf hərəkət etdiyi videogörüntüdəki kadrlarda "KamAZ" kolonu görünür ki, bununla da canlı qüvvənin daşındığı iddialarını artırdı.

Digər yandan 10 noyabr bəyanatından sonra tez-tez revanşist açıqlamaları ilə aranı qarışdırmağa çalışan qondarma rejimin "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyanın birdən-birə Qarabağın Xocavənd rayonunda yerləşən Qaregin Njdeyə məxsus abidənin sökülməsini təklif etməsi Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərin hissə-hissə Azərbaycana təhvil verilməyə hazırlaşdığı iddialarını artıran məqam kimi diqqət çəkməyə başlayıb.

Görünür, postkonflikt dövründə Azərbaycanın ardıcıl və sistemli mövqeyi artıq Rusiyanın da manipulyasiya imkanlarını məhdudlaşdırıb. Ona görə də Lavrovun Bakı səfərinin ardından rəsmi Moskvanın sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdən erməni qoşunlarının təcili çıxarılmasını təmin etmək üçün daha çevik qərarlar verəcəyini gözləmək olar.

Təhməz Əsədov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar