Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Paşinyan ona görə yekə-yekə danışır ki, hələ Rusiya üçün ermənilərin istifadə müddəti başa çatmayıb"

Tarix: 01-10-2018 22:49     Baxış: 3342 A- / A+
"Paşinyan ona görə yekə-yekə danışır ki, hələ Rusiya üçün ermənilərin istifadə müddəti başa çatmayıb"

Bu gün Türkiyə-Rusiya əməkdaşlığını çoxları "mehriban düşmənlər"in zorən müttəfiqliyi adlandırır.
Bəs Sizcə, Bu əlaqələri gerçək və səmimi müttəfiqlik münasibətlərinə çevirmək üçün nə çatışmır?
Doğrudanmı fitnəkar Ermənistan Rusiya üçün o qədərmi vazkeçilməz ölkə oldu ki, Azərbaycan və Türkiyə kimi ölkələrin maraqlarını təmin etməkdən imtina etsin?

Moderator.az-ın əməkdaşı bu suallarla Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənib:
"Paşinyan ona görə yekə-yekə danışır ki, hələ Rusiya üçün ermənilərin istifadə müddəti başa çatmayıb"

"Mən Rusiyanı əbədi müttəfiq, ya da uzun müddətli dost kimi qəbul etmirəm. Tarixi örnəklər ortadadır. Osmanlı dövlətini digər xristian ölkələri ilə işbirliyinə girib onu indiki sərhədlərinə çəkilməyə məcbur edən ölkələrdən biri elə Rusiyadır. Türk millətinin başına gələn bəlaların baiskarı da Rusiya olmuşdur. Azərbaycanın Qarabağını da işğal edib ermənilərə verən və bu problemin həllinə əngəl olan da Rusiyadır. Azərbaycan və Türkiyə Rusiya üçün düşdüyü indiki krizisdən və ABŞ-ın sanksiyalarını yumşatmaq üçün istifadə etdiyi və heç vaxt bunların maraqlarını təmin etməyəcəyi bir dövlətdir.

Ermənistanı isə Rusiyanın bu bölgədə bir qalası təsəvvür edin. Bu qalada o həm özünün maraqlarını təmin edir, istənilən anda isə bizim dövlətlər üçün təhlükəli qərarlara imza atacaq. Ermənistan ona görə vazkeçilməzdir ki, həmin dövləti maraqlarını təmin etmək üçün istifadə olunacaq. Özü də hər zaman. Bu təsbit yalnız mənim gəldiyim nəticə deyil, dünyanın ən məşhur siyasət alimləri bu fikirdədirlər. Erməni politoloqların özləri də. Ona görə də arxayındırlar. Paşinyan da ona görə yekə - yekə danışır ki, bilir Rusiya hər necə olsa onları atmayacaq. Belə demək mümkünsə, "hələ onların istifadə müddəti başa çatmayıb." Əgər biz - Türkiyə ilə Azərbaycan bu gerçəkləri dərk edərək siyasətimizi zamana uyğun qura bilsək, Rusiyanı Ermənistanla bağlı bəzi siyasətlərindən geri döndərməyə nail ola bilərik. Ən azından Qarabağla bağlı bəzi situasiyalarda Rusiyanı tərəfsiz mövqe nümayiş etdirməsinə nail olmaq olar. Bu da qarşılıqlı güzəştlər hesabına olmalıdır. Şübhəsiz, Azərbaycanın Rusiyaya təsir etmək imkanları məhduddur. Amma Türkiyənin var. Özü də Amerikan - Rusiya gərginliyinin dırmanışa keçəcəyi indiki günlərdə. Siyasət həm də fürsətlərin dəyərləndirilməsi elmidir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar