Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin yaz qorxusu

Tarix: 08-02-2018 09:50     Baxış: 1494 A- / A+
Ermənilərin yaz qorxusu

Artıq Ermənistanda Azərbaycan Ordusunun hücuma keçəcəyinə şübhə etmirlər
“Azərbaycan ordusunun taktiki silah növləri daha çoxdur”. Bunu “News.am” saytına açıqlamasında Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan bildirib. Erməni general Azərbaycan Ordusunun üstün olduğunu və daha çox silahlarla təchiz edildiyini etiraf edib. Hərbi ekspertlər onun bu açıqlamasını sualla qarşılayırlar: İndiki vaxtda bu etirafların səslənməsiən səbəb nədir?

Bu etirafın arxasında açıq-aşkar qorxunun gizləndiyini görməmək mümkün deyil. Elə bu qorxunun nəticəsidir ki, istefada olan erməni hərbçisi özünə və erməni oxuculara təskinlik vermək üçün onların hərbçi kontingentlərinin daha təcrübəli olduğundan, Qarabağı işğal edən vaxt ermənilərdə “Skad” və Çinin istehsalı olan reaktiv yaylım atəşləri üçün raketlərin olmasından, hazırda “S-300” və “İsgəndər” taktiki raket sistemlərinin mövcudluğundan bəhs edir. Etirafının sonunda keçmiş hərbçi ümidini KTƏT üzvlərinə bağladığını sönük şəkildə bildirir.
Ancaq V.Arutyunyanın bu açıqlamalarında təzə heç nə yoxdur, necə ki, Azərbaycan Ordusunun ixtiyarında olan müasir silahların heç yarısı belə Ermənistan Ordusunda yoxdur. Məsələ burasındadır ki, bu günlərdə erməni mətbuatında Azərbaycan Ordusunun gücü və silahları barədə qızğın müzakirələr gedir. Məsələn, “1in” saytında Belarusun Azərbaycana “Polonez” reaktiv yaylım atəşi sisteminin satıb satmadığını araşdırmaq istəyib. Hərb aləmində bu sistemləri Rusiyanın “İsgəndər”inin qənimi adlandırırlar. Belarusun və Rusiyanın bir neçə hərbi ekspertinin fikirlərini öyrənməyə çalışan sayt aydın bir nəticə əldə edə bilmir. Müəllif iddia edir ki, Ermənistanın təkidi ilə KTƏT üzvü olan Belarus bu silahın Azərbaycana satılmasından imtina edib. Ancaq təcrübəli ekspertlər bildirirlər ki, üzv ölkələr arasında belə bir prosedur yoxdur və çətin ki, bu cür hadisə baş versin. Aleksandr Xramçixinin cavabı isə ermənilərin gümanını puç edib: “Düzünü desəm, KTƏT daxilində belə bir mexanizmin mövcudluğu barədə eşitməmişəm. Bugünədək Belarus məhz Azərbaycana çoxlu miqdarda silah satıb, Ermənistana isə heç nə satmayıb. “Polonez” hələ Belarusun özündə orduya qəbul edilməyib, bu səbəbdən onun satılması da mümkün deyil”.
Belarusun, Rusiyanın, eləcə Ermənistanın da hərbi ekspertləri Azərbaycan Ordusunun hərbi gücünə yaxşı bələddirlər. Bizim silahlar Rusiya ordusundakı silahlardan zəif ola bilər, amma yox-yox, Ermənistanda olan silahlardan nəinki zəif deyil, hətta dəfələrlə güclüdür. Çünki, dünya ən yaxşı silah istehsalçıları bizim partnyorlarımızdır. Bu mövqeyə isə Azərbaycan öz intellekti, siyasəti və vəsaiti ilə nail olub. Təbii ki, ermənilər bunu görür və başadüşürlər, həyəcanları da buna görədir.
Şəxsi heyətin təcrübəsinə gələndə isə erməni hərbçilər azərbaycanlıların döyüşmək bacarıqlarına və döyüşkən ruhlarına yaxşı bələddirlər. Milli Qəhrəmanımız Mübariz İbrahimovun təkbaşına xeyli sayda erməni hərbçisini bir neçə il əvvəl üzbəsurət döyüşdə necə öldürməsinin xofu hələ də düşmənin canından çıxmayıb. Elə buna görədir ki, erməni gənclər döyüşməkdən qaçırlar. Ovik Nersisyan futbolçudur. Bir vaxtlar Ermənistandakı Pünik klubunda oynayıb. Sonralar o, Qarabağda döyüşə göndərilməməsi üçün hansısa yolla İngiltərəyə yollanıb və orada karyerasını “Uiçerç Alport” komandasında oynayıb. İndi isə İnkiıtərə hökumətindən siyasi sığınacaq istəyir. 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu bildirir: “Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir.
Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram”.
Bax, belə, erməni həbçilərinin döyüş gücü bu qədərdir, ən azından onlar azərbaycanlı əsgərlə üz-üzə gəlməkdən qorxurlar. Yəni, “bu aprel də 2016-nın apreli kimi olsa” real fərziyyələri ermənilərin yuxusunu qaçırıb. Hadisələrin gedişatı da bir az tez, bir az gec düşmənin qorxduğu hadisələrin olması labüddür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar