Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sümük iliyi köçürülməsi üçün növbə gözləyən şəxslərin sayı açıqlandı

Tarix: 15-03-2022 13:04     Baxış: 3278 A- / A+
Sümük iliyi köçürülməsi üçün növbə gözləyən şəxslərin sayı açıqlandı
"Azərbaycanda sümük iliyi köçürülməsi üçün 117 nəfər növbə gözləyir".
Bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük illiyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin pasiyentlər donoru olan şəxslərdir: "İlə təxminən 30 xəstə əməliyyat edilə bilər".
N.Əliyeva söyləyib ki, ölkə üzrə 3500 talassemiya xəstəsi qeydiyyatdadır: "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Həmin pasiyentlərdə sümük iliyi tam tutub. Mərkəzimizdə müalicə alan pasiyentlərin yaş həddi 3-19 yaş arasında dəyişir. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub".
N.Əliyeva vurğulayıb ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə təkan verir: "Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova isə bildirib ki, istər əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar (kimyaterapiya üçün), istərsə də kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar xəstələrə ödənişsiz verilir.
Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir. Xəstəlik, qırmızı qan hüceyrələrindəki hemoqlobinin sintezinin pozulması ilə əlaqədardır. Talassemiya daşıyıcısı olan insanların demək olar ki, xüsusi şikayətləri olmur. Talassemiya daşıyıcısı olduqlarını da çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin, ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25% ehtimalla tamamilə sağlam, 50% ehtimalla talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar