Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Cahangir Namazovun Noyabr düşüncələri...

Tarix: 10-11-2025 18:56     Baxış: 397 A- / A+
Cahangir NAMAZOV

Bu gün noyabrın otuzuncu, son günü.
Ömür də fəsillər kimi keçir…
Mövsümlər hər il yenidən gəlib bir-birinin yerini dəyişər, amma həyat geri qayıtmaz...
Yaşanmış günlər, keçilmiş yollar, hər şey geridə qalır.
Payız da öz hüznü, sükunəti və bütün arzu-sadələrini mənə qoyub gedir kimi…
Yerə tökülən, iztirablı küləklərlə hər tərəfə səpələnən saralmış yarpaqlar mənim düşüncələrim, xəyallarım kimidir…
Nədənsə payız gələndə ruhumda bir qəmginlik qərar tutar, anlaşılmaz bir depressiya içimi bürüyər.
Nədənsə, bu fəsil mənə sanki suallar verirmiş kimi hiss edirəm…
Sarıyan ağacların yarpaqları bütün həqiqəti üzə çıxarmağa toplanmış kimi görsənir...
Nədənsə, payızda yalnız oluram, ruhən zəifləyirəm.
Tamamilə hər şeydən ürəyim soyuyur, ölüm qarşısında çarəsiz olduğumu anlayır, təslimiyyəti qəbul edirəm.
Baharda mənimlə gəzən insanlar, yayda həyatın ən gözəl günlərini yaşayan dostlar payıza gələndə itir, yox olur...
Bilmirəm...
Payızda mən anlaşılmaz bir insana çevrilirəm!
Xətalar insanlara dərs olduğu kimi, payız da mənə dünyanın əbədi olmadığını vurğulayır və saralmış yarpaqlarla mənim talehimi göstərir.
Hər il payız gələndə, Mövlana Rumi'nin bu hikmətli sözləri dilimdən düşməz, qəlbimə yerləşər:

Ey könül, ibrət al, bax hər tökülən yarpağa,
O da əvvəllər göydən baxırdı torpağa. 


30.11.2024

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar