Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya boyda ürəyi olan həkim

Tarix: 16-01-2022 19:21     Baxış: 3317 A- / A+
İlhamə  Zülfüqarlı


(Portret cizgiləri)

Ürək yumruq boyda, duyğusu böyük,
Urəklə ucalır, qocalır dünya.
Ürəksiz nə həyat, nə dünya olmaz,
Hər təzə ürəkdən güc alır dünya.

İnsandı dünyanı cavan yaşından,
Hər gələn insanla dünya ucalır.
Ürəyin gücüylə ucalır insan,
Dünya öz yerində insan qocalır.

Sözümü belə bir şeirlə başladığım heç də təsadüfi deyil. Bu qarmaqarışıq, haqsızlıq daha çox olan dünyada ən əsas ağrılar ürəyə düşür. Buna görə də ürəklərdə ağrı-acılar çox yaranır. Narahatçılıq, təngənəfəslik, daxili sıxıntılar və sairə insanları da çox darıxdırır, streslər yaradır. Ürək də maşınlarda olan mühərrikə bənzəyir. Mühərrik nə qədər düzgün işləsə maşınlar da rahat sürülür. Lakin buna baxmayaraq, illər keçəndən sonra mühərrikdə də görürsən xırda nasazlıqlar yaranır. Maşın mühərriklərinin öz ustası olduğu kimi, insan ürəyinin də öz həkimləri var. Onlara kardioloq deyirlər. Hər kadioloq və ya hər ağ xalat geyinən də həkim adını doğrultmur. Bütün bunlara baxmayaraq, yaşadığım Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikada çalışan kardioloq İlhamə Zülfüqarlının adını xüsusi ilə, böyük hörmətlə, ağ xalatlılar zirvəsində çəkmək istəyirəm. İlhamə xanım haqqında o qədər xoş sözlər eşitmişdim ki, o xoş sözlərdən sonra mən ürəyimlə bağlı ona müraciət elədim. Onun qəbulunda həmin gün 30-dan çox xəstə vardı. Həmin xəstələrdən biri də mən idim. Xəstələrin çoxu İlhamə həkimin ünvanına xoş sözlər söyləyir və mən də onları dinləyirdim. Növbə mənə çatdı və mən qəbula düşdüm. Elə həmin gündən İlhamə həkimdən gördüyüm xoş münasibət, düzgün qoyulan diaqnoz və sonra aparılan düzgün müalicə az bir vaxtda mənim ürəyimdə böyük dönüş yaratdı. Açığı deyim ki, mənim həkimlərə inamım itmişdi. Müraciət elədiyim kardioloqlar uzun illər idi ki, məni müalicə eləyə bilmirdilər. Həmin həkimlərin səhvləri ucbatından çoxlu insanlar dünyasını dəyişib, ya da başqa xəstəliklər də tapıblar.

Ağ xalatlılar dünyasında tam əməiniklə deyə bilərəm ki, seçilən həkimlərdən biri də məhz İlhamə xanım Zülfüqarlıdır. O, hər xəstənin ürəyini öz ürəyi bilib, sağalması üçün əlindən gələni edir. Məşhur yazıçı Viktor Hüqo deyib ki, “ böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında diz çökürəm”. Məhz dünya boyda ürəyi olan İlhamə həkimin qəbuluna düşənlərin hamısının razılıq dolu arzuları, onun insanlara şəfa verməsi qarşısında diz çökməyə hazırdırlar. Qoy dünya boyda ürəyi olan belə həkimlərimizi Böyük Tanrı qorusun.
İlhamə xanım Zülfüqarlının qəbulunda olan bəzi xəstələrin ürək sözlərini də yazmaq istəyirəm. Daha doğrusu onlar bunu məndən xahiş etdilər.
Füruzə xanım Həmzəyeva:
-Bir gün hiss elədim ki, məndə təngənəfəslik yaranıb. Həm də ürək tərəfdən müəyyən sıxıntılar var. Məni narahat edir. Dedilər bu ürəklə bağlıdır. Məsləhət bildilər ki, kardioloq İlhamə həkim var, onun yanına gedim. Mən onun yanına gəldim. Ürəyimin kardioqramını çıxatdı. Mənə diqqətlə qulaq asdı. Müayinə elədi və dərmanlar yazdı. Məsləhət bildi ki, bu dərmanları vaxtlı-vaxtında atım. Az bir vaxt keçəndən sonra mən rahat nəfəs almağa başladım. Ağrılarım da keçib getdi. İndi də imkan olanda gəlib müayinə olunuram və həkimin verdiyi məsləhətləri yerinə yetirirəm.

Laçın xanım Babayeva:
-Ürək insan orqanizmini idarə edən ən müqəddəs mexanizdir. Yeriyəndə çox əziyyət çəkirdim. Hətta çörək yeməyə də əziyyət çəkirdim. Şəhərimiz elə də böyük deyil. Kimi axtarırsansa yarım saata tapmaq olur. Ürək həkimi kimi mənə də İlhamə xanımı məsləhət bildilər. Yanına gəldim. Yoxladı. Müalicə yazdı. Onun yazdığı müalicə məni ürək problemindən qurtardı.
Beləcə qəbula gələn xəstələrin hamısı İlhamə həkim haqqında ürək dolusu xoş sözlər dedilər.
-Ayaqlarım şişmişdi. Qollarımı hərəkət etdirə bilmirdim. Bədənimdə ağrılar vardı. Həm də özümü çox yorğun hiss edirdim. Yeriməyə halım yox idi. Bir neçə həkim müalicə yazsa da heç bir xeyri yox idi,- deyə Tofiq Zeynalov bildirdi. Bir gün anam dedi ki, deyirlər yaxşı bir kardioloq var İlhamə Zülfüqarlı. 4 nömrəli poliklinikda işləyir. Get onun yanına, gör o nə deyir. Gəldim bura. Ürəyimin karioqramını çıxatrdı. Müayinə elədi. Mənə diqqətlə qulaq asdı. Atdığım dərmanlara baxıb, onları kənara qoydu. Sonra mənə cəmi bir neçə dərman yazdı. Az bir vaxtda ayaqlarımdan şiş çəkildi. Vəziyyətim yaxşılaşdı. Ona görə də ürəyi dünya boyda olan həkim İlhamə xanıma minnətdaram. İndi vəziyyətim yaxşıdır. Ürəyində problemləri olanlara məsləhət bilirəm ki, İlhamə həkimə müraciət eləsinlər. Onda daha tez sağalarlar.
Bu vaxtı böyük şairimiz Bəxtiyar Vahabzadənin bu sətirləri yadıma düşdü:
-Hər yaşda başqa cür döyünür ürək.
Başqa cür yaşamaq xoşca bir arzu.
Səhvimi anladıb, dərdimi çəkmək,
İkinci bir ömrə bərabərdi o.


Hər ürək ağrısına düzgün diaqnoz qoymaq, müalicə etmək, zamanın bu çətin dövründə yaşamaq üçün insana böyük stimul, inam, ümid verən İlhamə həkim haqqında yalnız bu xoş sözləri deyə bilərik:
-Qoy onu Tanrı qorusun. Onun öz ürəyi də həmişə sağlam olsun ki, xəstələrin keşiyində həmişə layiqincə dura bilsin. Allah imkan versin ki, İlhamə xanım ali məktəbdə təhsil alan iki oğlunu istədiyi kimi böyüdə bilsin. Qoy həmişə onun üzündə təbəssüm, gözlərində sevinc, mehribanlıq olsun. Qoy həmişə öz sənətinin zirvəsində olsun. Əyninə geydiyi ağ xalatı ilə həmişə zirvədə olub, günəş kimi xəstələrinə də şəfa versin. Axı günəş həyat deməkdır. Həkim də insanlara şəfa verən möcüzəli bir həyatdır. Təki bütün həkimlər bunu başa düşüb, özlərini ona müraciət eləyən xəstənin yerində hiss eləyib, həmin xəstəni sağaltsınlar. Axı həkimlər Ulu Tanrının Yer üzündə müqəddəs elçiləridirlər. Təki bütün həkimlər
bunu da başa düşüb, dərk eləsinlər. Dərk eləsinlər ki, onsuz da insan həyatı çox qısadır. Bu qısa həyatın daha da qısalmasına əgər onlar rəvac verirlərsə bu böyük günahdır. Bunu Ulu Tanrı da həmin həkimə bağışlamır. Elə sözümün bu yerində böyük İbn Sinanın bu kəlamı yadıma düşdü: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”. Gəlin xəstəxanalarımızı, şəfa ocaqlarımızı belə cahil, savasız həkimlərdən təmizləyək.


Əli RAFİQ,
şair-publisist


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar