Xəbər lenti
Uşaqlarda burun qanamasının SƏBƏBLƏRİ: Nə etməlisiniz?

Böyüklərlə müqayisədə uşaqlarda bu hallar daha çox baş verir. Burun qanaması zamanı nə etmək lazımdır ? Bu hansı hallarda baş verir ?
Uşaqda burun qanaması, ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən də baş verə bilər. Çox vaxt qanaxma müəyyən vaxtdan sonra dayanır. Yox, əgər uzun müddət davam edərsə, uşaq özünü halsız, zəif hiss edir və təzyiqi aşağı düşür. Sonra baş fırlanır və soyuq tər basır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına gətirib çıxarır.
Uşaqlarda baş verən burun qanaxması zamanı ilkin tibbi yardım aşağıdakı kimi olmalıdır:
1. İlk növbədə sakit olmaq və həyəcanlanmamaq lazımdır.
2. Uşağınızın başını bir az irəli əyərək iki barmağınızla burun qanadlarını (çökək hissəsi) sıxın.
3. Üç dəqiqə gözlədikdən sonra uşağınızın burnunu soyuq su ilə və ya üfürərək təmizləyin.
4. Yenə iki barmağınızla burun qanadlarına basıb saxlayın. Əgər qanaxma dayanmasa və davam edərsə, həkimə müraciət edin.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar