Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər"

Tarix: 06-09-2021 20:52     Baxış: 3200 A- / A+
Kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər"

"Kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər".Koronavirusun və virus əleyinə olan vaksinlərin qanı laxtalaşdırması barədə məlumatlara dəfələrlə rast gəlmişik. Qan laxtalanması nədir və qarşısı necə alına bilər?

Həkim hematoloq Kamilə Babayevanın sözlərinə görə, yaralanma və kəsiklər zamanı qanaxmanın qarşısını qanın laxtalanması alır.

Ancaq başqa vəziyyətlərdə qan laxatalanması çox təhlükəli vəziyyətlərin xəbərçisidir. Qan laxtalanması damar sərtliyi, beyinə qansızma və s. ölümlə nəticələnən xəstəliklərə səbəb ola bilər. "Yaralanamalar, kəsiklər zamanı qanın dayanması üçün qanın laxtalanması vacibdir. Çünki hər hansı kiçik qanaxma belə durdurulmadığı təqdirdə ölümə səbəb ola bilər",- deyə həkim bildirir.

Qanın tərkibində ağ qan hüceyrələri, qırmızı qan hüceyrələri və tormbositlər var. Trombositər qanın laxtalanmasına səbəb olur. Bir neçə qan proteini birləşərək reaksiyaya girir və trombositləri bir-birinə yapışdırır. Qatılaşan qan qanın axmasını dayandırır.

"Qanın ağırlaşması qanın qatılaşması deməkdir. Bu beyinə qansızma, damar sərtləşməsi, insult, paralic və s. halalra səbəb olur . Ürək və ağciyərdə meydana gələn qan laxtalanması qol, sinə, kürək və boyunda yaranan ağrı və nəfəs çatışmazlığı ilə müşahidə edilir. Beyində qan laxtalanması meydana gələn zaman isə hərəkətsizlik, danışığın pozulması, başa düşməkdə çətinlik və baş ağrısı müşahidə edilir",- deyə K.Babayeva qeyd edib.

Həkimin sözlərinə görə, qan ayaqlarda laxtalanırsa, bu zaman ayqların alt qismində qızartı və ağrılar meydana gəlir. Xəstə hər zaman ayaqlarında istilik hiss edir. Qan laxtalanmasının müxtəlif səbəbləri var. Bura zədələnmələr, çox ciddi əməliyyat keçirmək, artıq çəkili olmaq, genetik qüsurlar, bəzi dərmanlardan istifadə etmək, şəkər xəstəliyi, xərçəng və xərçəngin müalicəsi, ürək çatışmazlığı, müxtəlif xəstəliklər səbəbilə uzun müddət xəstəxanada yatmaq, uzun müddət bir yerdə oturmaq və s. daxildir.

Qan laxtalanmasının müalicəsi müxtəlif dərman preparatları ilə aparılır. Qanıdurulaşdıran dərmanlar iynə və ya həb olaraq qəbul edilir. Bel dərmanların nəzarət altında qəbul edilməsi vacibdir. Bu səbəbdən də qan durulaşdıran dərmanlar həkim tərəfindən təyin edilir.

Başqa bir problem isə laxtalanmanın olmamasıdır. Belə ki, qanda yer alan antikoaqulyant amillər laxtalanmanın qarşısını alır. Özü-özünə yaranan zaman, xəsarət olmadığı təqdirdə bu trombuslar anın axışının qarşısını alaraq tromboza səbəb ola bilir. Həkimin sözlərinə görə, belə qatılaşmanın qarşısınn alınması üçün antikoaqulyant müalicəyə ehtiyac var. Mütəxəssislərin fikrincə, qan laxtalanması kişilərlə müqayisədə daha çox orta yaşlı qadınlarda müşahidə edilir.

"Qan laxtalanmasının qarşısının alınması üçün nəzarətsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyin. Orqanizminizdə çatışmayan vitamin varsa, tez bir zamanda onu qəbul edin. Qidalanma nizamınız pozulursa, mütəxəssislə məsləhətləşin. İdmanla məşğul olun. Mütəmadi olaraq eyni vəziyyətdə qalmayın, oturaq həyat tərai keçirməyin. K vitamini olan qidalar qəbul edin. Çuğundur, qırmızı kələm, nanə, noxud, mərci, ispanaй K vitmaini ilə zəngindir",- deyə həkim tövsiyyə edir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar