Xəbər lenti 
					
 
		Səhiyyə Nazirliyindən əməliyyatda baş verən ölümlə bağlı AÇIQLAMA - "Araşdırma aparılmır..."

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmır.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olmayıb. Bu səbəbdən də SN özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Qeyd edək ki, vqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Trend.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















