Xəbər lenti
Düşmən Azərbaycanın mülki vətəndaşlarını atəşə tutdu
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətində avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilmişdir.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar